Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet32/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   28   29   30   31   32   33   34   35   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
64 
sizə dəxli yoxdu. Sizi nəyə görə sevdiyimi də bilmirəm. Ola 
bilsin, heç də yaxşı deyilsiniz. Təsəvvür eləyin ki, hətta 
sizin, hətta sifətinizin gözəl olub-olmadığını bilmirəm! 
Qəlbiniz yəqin ki, gözəl deyil; ağlınız nanəcibdi; bu çox 
güman ki, belədi. 
– Ola bilər, elə mənim nəcibliyimə inanmadığınıza görə 
də, məni pulla almağa ümid eləyirsiniz, – Polina dedi. 
– Nə vaxt sizi pulla ələ almağa ümid eləmişəm? – mən 
qışqırdım.
– Siz sarsaqlayırsınız, açarınızı da itiribsiniz. Əgər məni 
ələ almasanız, onda hörmətimi pula satın almaq istəyirsiniz. 
– Yox, axı heç də belə deyil. Sizə dedim ki, izah 
eləməkdə çətinlik çəkirəm. Siz məni əzirsiniz. Mənim 
cəfəngiyatıma acığınız tutmasın. Bilirsinizmi, məndən nəyə 
görə incimək olmaz: mən sadəcə, dəliyəm…
Amma özünüz bilərsiniz, inciyirsiniz, inciyin. Mən 
yuxarıda, otağımda sizi yadıma salmağa, yalnız sizin 
paltarınızın xışıltısını eşitməyə bəndəm ki, əl-ayağımı 
gəmirim. Axı, nəyə görə mənə acığınız tutur? Özümü kölə 
adlandırmağa görəmi? İstifadə eləyin, istifadə eləyin mənim 


www.vivo-book.com 
65 
köləliyimdən, istifadə eləyin! Bilirsinizmi ki, nə vaxtsa sizi 
öldürərəm? Ona görə öldürərəm ki, sevgim soyuya, yaxud 
qısqanaram, elə-belə, sadəcə, öldürərəm, çünki hərdənbir 
sizi yemək istəyirəm. Gülürsünüz… 
– Heç də gülmürəm, – o, qəzəblə dilləndi. – Mən sizə 
susmağı əmr eləyirəm. O, hiddətdən güclə nəfəsini dərib ara 
verdi. Allah haqqı, mən bilmirəm, Polina öz-özlüyündə 
yaxşıydı, ya yox, amma həmişə onun mənim qarşımda belə 
dayanmağına baxmağı sevirdim, ona görə də tez-tez onu 
hiddətləndirmək mənə ləzzət verirdi. Bəlkə də bunu 
sezmişdi, qəsdən acıqlanırdı. Mən bunu ona dedim… 
– Necə murdarçılıqdı! – o, iyrənə-iyrənə səsləndi. 
– Mənim vecimə deyil, – davam elədim. – Hələ onu da 
bilirsizmi ki, bizə ikilikdə gəzmək təhlükəlidi; mən dəfələrlə 
sizi vurmaq, eybəcər hala salmaq, boğmaq istəmişəm. Nə 
fikirləşirsiniz, iş o həddə çatmaz? Siz məni qızdırmaya 
salacaqsınız. 
Mən 
qalmaqaldanmı, 
yoxsa 
sizin 
qəzəbinizdənmi qorxacağam? Axı, qəzəbiniz məndən ötrü 
nədi ki? Mən sizi ümidsizcəsinə sevirəm, bilirəm ki, bundan 
sonra min dəfə artıq sevəcəyəm. Əgər sizi nə vaxtsa 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   28   29   30   31   32   33   34   35   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling