Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
62 – Südəmər uşağın nitqidi. Hər cür vəziyyətdə özünü ləyaqətlə aparmaq olar. Əgər burda mübarizə varsa, onda bu mübarizə ucaldır, əksinə, alçaltmır. – Tamam şablondu! Siz fərz eləyirsiniz ki, mən bəlkə də özümü ləyaqətlə aparmağı bacarmıram. Daha doğrusu, belə çıxır. Həm də ləyaqətli adamam, amma özümü ləyaqətlə aparmağı bacarmıram. Siz başa düşürsünüzmü ki, bu cür ola bilər? Bəli, ruslar belədilər, həm də bilirsinizmi niyə: ona görə ki, ruslar özlərinə yaxşı forma axtarmaq üçün həddən artıq zəngin, hərtərəfli istedada malikdilər. Burada məsələ formadadı. Bizim rusların böyük bir qismi elə zəngin istedada malikdilər ki! Amma yaxşı forma üçün dahilik lazımdı. Hə, dahiliksə, ümumiyyətlə, nadir hallarda olur. Yalnız fransızlarda və eyni zamanda bəzi başqa avropalılarda bu forma elə yaxşı müəyyənləşib ki, fövqəladə ləyaqətli adam kimi görünmək, ən ləyaqətli adam olmaq mümkündü. Onlarda formanın bu qədər əhəmiyyət kəsb eləməsi bu səbəbdəndi. Fransız əsl, ürəkdən gələn təhqirə dözə bilir, üz-gözünü turşutmur, amma burnuna vurulan çırtmaya heç cür dözmür, ona görə ki, bu, qəbul olunmuş, www.vivo-book.com 63 əbədiləşdirilmiş ədəb formalarının pozulmasıdı. Bizim xanımlar fransızlara bu qədər alçalırlar, çünki onların forması yaxşıdır. Məncə, bununla belə, heç bir forma da yoxdu, yalnız xoruz var, le coq qaulois 24 . Amma bunu başa düşə bilmərəm, mən qadın deyiləm. Ola bilər, xoruzlar da yaxşıdılar. Hə, ümumiyyətlə, ağ yalan danışdım, sizsə məni saxlamırsınız. Mənim sözümü tez-tez kəsin; sizinlə danışanda hər şeyi, hər şeyi, hər şeyi demək istəyirəm. Mən hər cür formaları itirirəm, amma heç bir ləyaqətə də malik deyiləm. Bunu sizə bəyan edirəm. Hətta hansısa ləyaqətin dərdini də çəkmirəm. İndi mənim içimdə hər şey dayanıb. Siz özünüz bilirsiniz ki, nəyə görə. Mənim beynimdə bircə insani fikir də yoxdu. Axı, artıq çoxdan nə dünyada, nə Rusiyada, nə burda nələr baş verdiyini bilmirəm. Bax, Drezdenə getdim. Drezdenin necə olduğunu xatırlamıram. Siz özünüz bilirsiniz ki, uduzmuşam. Belə ki, mənim heç bir ümidim yoxdu, sizin gözünüzdə də heçəm, ona görə də birbaşa deyirəm: yerdə yalnız sizi görürəm, qalanlarının da 24 qall xoruzu – frans. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling