Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
56 soruşmaq daha gülməli və iyrəncdi. Hə? Bu necədi, xoşunuza gəlirmi, Polina Aleksandrovna? – Bunların hamısı cəfəngiyatdı, – o, sözümü kəsib iyrənə-iyrənə dedi. – Mən bunun əksinə, bu cür çox şən əhvali-ruhiyyədə olmağınıza təəccüblənirəm. Siz nəyə sevinirsiniz? Mənim pullarımı uduzduğunuza? – Niyə pulları mənə uduzmağa verdiniz? Mən sizə dedim ki, başqaları, illah da, sizin üçün oynaya bilmərəm. Mənə nə əmr eləsəniz, qulaq asaram; amma nəticəsi məndən asılı deyil. Mən axı, xəbərdarlıq elədim ki, heç nə çıxmayacaq. Deyin, siz bu qədər pul itirdiyinizdən çoxmu fikir çəkirsiniz? Bu qədər pul nəyinizə lazımdı? – Bu suallar nəyə gərəkdi? – Axı, siz özünüz mənə aydınlaşdırmağa söz verdiniz… Qulaq asın: mən tamamilə əminəm ki, nə vaxt özüm üçün oynamağa başlasam (mənimsə, on iki fridrixsdörüm var), onda udacağam. O zaman sizə nə qədər lazımdı, məndən götürün. – O, üz-gözünü nifrətlə əydi. – Mənə acığınız tutmasın, – davam elədim, – belə təklifə görə. Sizin qarşınızda, daha doğrusu, sizin gözünüzdə www.vivo-book.com 57 çox dəyərsiz olduğum, məndən hətta pul da qəbul eləyə bilməniz fikrinə o qədər inanıram ki… Siz mənim hədiyyələrimdən inciməməlisiniz. Axı, həm də sizin pullarınızı uduzmuşam. O mənə cəld nəzər saldı, əsəbi və kinayəli danışdığımı sezib təzədən söhbəti kəsdi: – Mənim vəziyyətimdə sizdən ötrü maraqlı bir şey yoxdu. Əgər bilmək istəyirsinizsə, mən, sadəcə, borcluyam. Pulu borc götürmüşəm, onları qaytarmaq istəyirəm. Məndə burda oyun masasında mütləq udacağım barədə qəribə fikir varıydı. Bu fikir məndə niyə yaranmışdı – anlamıram, amma o fikrə inanırdım. Kim bilir, bəlkə ona görə inanırdım ki, götür-qoy eləyəndə mənim başqa heç bir şansım qalmırdı. – Yaxud da ona görə ki, udmaq belə həddən artıq lazımıydı. Bu, boğulan adamın saman çöpündən yapışması kimidi. Özünüz razılaşın ki, saman çöpünü ağac budağına da oxşatmazdı. Polina təəccübləndi. – Necə yəni, – soruşdu, – siz özünüz elə bir şeyə ümid eləyirsiniz? İki həftə qabaq özünüz mənə bir dəfə burda, |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling