Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
48 bu cür sanballı sərvət yığınının gəlib-getməsini eşitmək sadəcə, ondan ötrü ağırıydı. Şübhələnirəm ki, dünən axşam onun fransızla hansısa qızğın mübahisəsi olub. Onlar nəsə üstüörtülü bir şey haqqında uzun-uzadı, hərarətlə danışırdılar. Fransız elə bil nədənsə hirslənmiş halda getdi, bu gün səhər tezdənsə, yenidən generalın yanına gəldi – həm də yəqin ki, dünənki söhbəti davam etdirməkdən ötrü. Fransız mənim uduzmağım haqqında deyilənlərə qulaq asıb istehzayla, hətta acıqla qeyd elədi ki, dərrakəli olmaq lazımıydı. Bilmirəm niyə, əlavə elədi ki, ruslar çox oynasalar da, heç nəyə qabil deyillər. – Mənim fikrimcə isə, ruletka elə yalnız ruslar üçün yaranıb, – dedim və fransız sözlərimə nifrətlə gülümsünəndə ona söylədim ki, hər halda, əlbəttə, həqiqət mənim tərəfimdədi, ona görə ki, oyunçu kimi ruslar haqqında danışanda, onları tərifləməkdən daha artıq söyürəm, elə bu səbəbdən də mənə inanmaq olar. – Axı siz fikrinizdə nəyə əsaslanırsınız? – fransız soruşdu. www.vivo-book.com 49 – Səxavətli kəslərin sorğu-sualına və qərb adamının ləyaqətinin tarixən, az qala kapitalın əldə edilməsinin başlıca maddəsi olmasına. Ruslarsa, təkcə kapitalı əldə eləməyə qabil deyillər, həm də onu birtəhər əbəs yerə, necə gəldi sərf edirlər. Buna baxmayaraq, biz ruslara da pul lazımdı, – əlavə elədim, – nəticə etibarilə, biz belə, məsələn, ruletka kimi iki saat ərzində, zəhmət çəkmədən, qəfildən varlanmaq mümkün olan üsullara çox şad və çox meyilliyik. Bu bizim izzəti-nəfsimizi çox oxşayır; elə əbəs yerə, zəhmətsiz oynadığımıza görə də uduzuruq! – Bu müəyyən qədər ədalətlidi, – fransız özündənrazı halda qeyd elədi. – Yox, bu ədalətli deyil, öz vətəniniz haqqında belə fikir söyləmək sizdən ötrü ayıbdı, – general ciddiyyətlə və vüqarla dilləndi. – Əfv edərsiniz, – ona cavab verdim, – axı, düzdü, hələ heç nə məlum deyil: ruslar biabırçıdı, yoxsa halal zəhmətlə sərvət yığmağın alman üsulu? – Bu nə yaramaz fikirdi! – general səsləndi. – Əsl rus fikridi! – fransız dilləndi. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling