Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
34 Amma dünən də bütün günü, o, oyun barədə mənimlə bir kəlmə də danışmadı. Həm də ümumiyyətlə, dünən mənimlə söhbət eləməkdən qaçırdı. Mənimlə əvvəlki münasibət tərzi dəyişməmişdi. Görüşlər zamanı müraciətində elə həmin saymazyanalıq, hətta nəsə ikrah və nifrət var idi. Ümumiyyətlə, görürəm ki, o məndən iyrəndiyini gizlətmək istəmir. Buna baxmayaraq, ona nədən ötrüsə, lazım olduğumu, məni nə üçünsə qoruduğunu da gizlətmir. Onun qürurunu, hamıya təkəbbürlə yanaşdığını bilsəm də, aramızda nəsə qəribə, bir çox cəhətdən məndən ötrü anlaşılmaz münasibət yaranıb. Məsələn, onu dəlicəsinə sevdiyimi bilir. Hətta ehtirasım barədə maneəsiz, qadağasız danışmağa mənə icazə verməkdən başqa, nifrətini bildirməyi nəyləsə ifadə eləyə bilməzdi. “Deməli, belə çıxır, sənin hisslərini o qədər mənasız sayıram ki, mənimlə nə haqda danışmağının və mənə hansı hissi bəsləməyinin məndən ötrü qətiyyən fərqi yoxdu”. Öz şəxsi işləri barədə, o mənimlə heç vaxt tam səmimi olmamışdı. Bu da azmış kimi, onun mənə qarşı saymazlığında, məsələn, bu cür incəliklər vardı: o bilir ki, www.vivo-book.com 35 onun həyatının hansısa hadisələri, yaxud onu bərk rahatsız eləyən nələrsə mənə məlumdu; hətta əgər məni kölə, yaxud buyruq qulu kimi, birtəhər öz məqsədləri üçün istifadə eləmək lazımdısa, özü mənə o hadisələrdən danışacaq; amma həmişə düz buyruq qulu kimi istifadə olunan adamın bilməsi lazım olan qədər danışacaq və əgər mənə üstəlik, hadisələrin bütöv bir bağı məlumdusa, əgər elə onun əzablarından, rahatsızlıqlarından necə əzab çəkdiyimi, rahatsız olduğumu özü də görürsə, onda baxmayaraq ki, tez- tez məni təkcə başağrıdan yox, hətta təhlükəli tapşırıqlar üçün istifadə eləyir, ona görə də, fikrimcə, mənimlə səmimi olmağa borcludu. Heç zaman məni öz dostyana səmimiyyətiylə sakitləşdirməyə layiq ola bilməyəcək. Bir də ki, mənim də rahatsız olduğum, onun qayğılarından, uğursuzluqlarından bəlkə də özündən üçqat artıq qayğılandığım, əzab çəkdiyim barədə hisslərimə fikir verməyə dəyərmi? Mən hələ üç həftə qabaq onun ruletkada oynamaq niyyəti haqqında bilirdim. O hətta qabaqcadan məni xəbərdar eləmişdi ki, onun yerinə oynamalıyam, çünki |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling