Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
117 bağlama və çamadanlarının gurultulu səs-küyləri gələn nənə təntənəylə oturmuşdu! Bəli, bu, onun özüydü, qorxunc, varlı, yetmiş beş yaşlı, mülkədar və Moskva xanımı Antonida Valiyevna Taraseviçeva. Haqqında teleqram göndərilən və alınan, ölən və ölməyən la baboulinkaydı, qəfildən özü qar kimi başımıza yağmışdı. O, ayaqsız peyda olsa da, bütün son beş il ərzində həmişəki kimi, əl üstündə gətirilsə də, adəti üzrə diribaş, qızğın, özündənrazı, dümdüz oturub ucadan, hökmlə qışqıran, hamını söyən həmin nənəydi – hə, generalın evinə müəllim təyin olunandan bəri iki dəfə görmək şərəfinə nail olduğum qadınıydı. Təbii ki, onun qabağında təəccübdən müqəvva kimi dayanmışdım. O da hələ yüz addımlığından məni iti gözləriylə süzürdü, kresloda aparanda, məni tanımışdı, adımı atamın adıyla səsləmişdi – onu da adəti üzrə birdəfəlik yadında saxlamışdı. Belə birisini tabutda uzanan, basdırılmış və miras qoyub getmiş halda gözləyirdilər, o isə bizim hamımızdan, bütövlükdə oteldəkilərdən çox yaşayacaq! Amma ilahi, indi bizimkilərin, generalın halı necə olacaq! O, yəqin ki, bütün otelin altını üstünə çevirəcək! www.vivo-book.com 118 – Hə, nolub sənə, atam-atam, qarşımda durub gözlərini döyürsən! – nənə mənə qışqırmaqda davam eləyirdi. – Təzim eləmək, salamlaşmaq bacarmırsan, nədi? Yoxsa lovğalanırsan, istəmirsən? Bəlkə məni tanımadın? Eşidirsən, Potapıç, – onu müşayiət eləyən əyanına, franklı, ağ qalstuklu, çəhrayı dazlı, ağsaç qocacığaza müraciət elədi. – Eşidirsən, tanımır! Dəfn eləyiblər! Teleqramı teleqram dalınca göndərirdilər: ölüb, yoxsa ölməyib? Axı mən hər şeyi bilirəm! Bax, görürsən. Mən sağ-salamatam! – Rəhm eləyin, Antonida Vasilyevna, nəyə görə sizə pislik arzulamalıyam? – Özümə gəlib şad-xürrəm cavab verdim. – Yalnız təəccüblənmişəm… Necə təəccüblənməyəsən ki, belə gözlənilmədən… – Sən niyə təəccüblənirsən? Minib gəldim. Vaqonda rahatlıqdı, basabas yoxdu. Sən gəzməyə getmişdin, nədi? – Hə, vağzalacan gəzib gəldim. – Bura yaxşıdı, – nənə ətrafına baxa-baxa dedi, – istidi, yaşıllıq boldu. Bunu sevirəm. Bizimkilər evdədilər, General? |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling