Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet61/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   57   58   59   60   61   62   63   64   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
123 
çox diqqət göstərirdilər – a la barbe de rauvre general
46
və 
kompaniya bəlkə süni alınsa da, bununla belə, ən sevincli və 
mehriban – ailəvi ahəng verirdi. Nənəni görəndə general 
qəfildən donub qaldı, ağzını ayırıb sözünü yarımçıq kəsdi. 
Gözlərini döyə-döyə, elə bil, sehrlənmiş əjdahanın 
nəzərləriylə ona baxdı. Nənə də dinməzcə, tərpənmədən onu 
süzdü, – amma bu təntənəli, meydan oxuyan, kinayəli 
baxışıydı! Onlar bir-birinə bütün ətrafdakıların dərin sükutu 
içində düz on saniyə baxdılar. De-Qriye əvvəlcə çaşdı, 
amma sonra onun üzündə qeyri-adi narahatlıq göründü. M-
lle Blanche qaşlarını dartdı, ağzını açıb vəhşi nəzərlərlə 
nənəyə baxdı. Knyaz və alim təəccüblə bütün bu mənzərəni 
süzürdülər. Polinanın baxışlarında həddən artıq təəccüb, 
anlaşılmazlıq ifadə olunurdu, amma o, qəfildən yaylıq kimi 
ağardı; bir dəqiqədən sonra qan sürətlə üzünə vurdu və 
yanaqlarını qızartdı. Bəli, bu hamısı üçün faciəydi! Mən 
ancaq baxışlarımı nənədən bütün ətrafdakılara və əksinə 
46
yazıq generalın burnunun ucunda – frans.


www.vivo-book.com 
124 
aparıb-gətirirdim. Mister Astley bir qıraqda, öz adətincə, 
sakitcə, təmkinlə dururdu. 
– Hə, bu da mən! Teleqramın yerinə özüm gəldim! – 
nəhayət, nənə sükutu pozub sözə başladı, – nədi, 
gözləmirdiniz? 
– Antonida Vasilyevna… xalacan… necə ola bilər, 
axı… – bədbəxt general mızıldandı. Əgər nənə hələ bir neçə 
də saniyə danışmasaydı, ola bilsin ki, beyninə qan sızacaqdı. 
– Necə yəni, “necə ola bilər?” Eləcə qatara mindim, 
gəldim. Bəs dəmiryolu nədən ötrüdü? Yoxsa hamınız 
fikirləşirdiniz: artıq ayağımı uzatmışam, sizə miras 
qoymuşam. Mən axı, sənin burdan necə teleqramlar 
göndərdiyini bilirəm. Məncə, o teleqramlara həddən artıq 
pul ödəmisən. Burdan göndərmək ucuz deyil. Mənsə 
ayaqlarımı çiynimə atıb gəldim. Bu həmin fransızdı? 
Monsie’ur De-Qriyedi, deyəsən? 
– Qui, madame, – De-Qriye tutuldu, – et croyez, je suis 
si enchante… votre sante… c’est un miracle… vous vour 
ici, une surprise charmante…



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   57   58   59   60   61   62   63   64   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling