Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
139 – Sən də vecsiz, öz müəlliminə belə hərəkət eləməyə imkan verdin, – o, qəfildən generala sarı döndü, – üstəlik də, onu işdən qovdun? Səfehsiniz, görürəm, hamınız səfehsiniz. – Narahat olmayın xalacan, – general bir qədər yekəxana – təklifsiz tərzdə cavab verdi, – mən öz işlərimi özüm apara bilirəm. Bundan başqa, Aleksey İvanoviç sizə hər şeyi düz çatdırmadı. – Sən də elə dözdün? – qarı mənə müraciət elədi. – Mən baronu duelə çağırmaq istəyirdim, – mümkün qədər ciddi, sakit tərzdə cavab verdim, – amma general mane oldu. – Sən niyə mane oldun? – nənə yenidən üzünü generala tutdu (Sənsə, atacan, çıx get, çağıranda gələrsən, – o, ober- kelnerə də müraciət elədi, – ağzını ayırıb durmaq olmaz axı. Bu Nümberq bədheybətlərinə dözə bilmirəm!). – O, əlbəttə, nənənin iltifatını başa düşmədən vidalaşıb çıxdı. – Bağışlayın, xalacan, bəyəm, duel mümkündü? – general istehzayla cavab verdi. – Niyə mümkün deyil? Kişilərin hamısı xoruzdular; qoy dalaşsınlar da. Görürəm, siz hamınız səfehsiniz, öz www.vivo-book.com 140 vətəninizi qorumağı bacarmırsınız. Hə, qaldırın! Potapıç, göstəriş ver ki, həmişə iki yükçü hazır olsun, danış, razılaş, muzdla tut. İkisindən çox lazım deyil. Yalnız pilləkənlərdə qaldırmaq lazımdı, düz yerdə itələyəcəklər, belə də de; həm də haqqını əvvəldən ver ki, hörmətkar olsunlar. Özünsə həmişə yanımda ol, sənsə, Aleksey İvanoviç, gəzintidə o baronu göstər: nə təhər fonbarondu, qoy bir görüm. Hə, bu ruletka hardadı axı? Mən izah elədim ki, ruletkalar vağzalda, zallarda yerləşir. Sonra suallar yağmağa başladı: Çoxdularmı? Çoxmu oynayırlar? Bütün günümü oynayırlar? Necə qurulublar? Axır cavab verdim ki, hər şeyi öz gözlərinlə görmək daha yaxşıdı, çünki belə təsvir eləmək kifayət qədər çətindi. – Hə, onda birbaşa ora aparın! Qabağa düş, Aleksey İvanoviç! – Necə, doğrudanmı, xalacan, siz hətta yolun yorğunluğunu da canınızdan çıxarmayacaqsınız? – general qayğıkeşliklə soruşdu. O elə bil bir az əl-ayağa düşdü. Hə, hamısı nəsə əl-ayağa düşüb baxışdılar. Yəqin ki, nənəni |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling