Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
135 onlara özlərinin xüsusi şəxsi baxışlarından çıxış eləyirlər. Amma nənəyə, məlum deyil nəyə görə, elə zəngin otaq ayırdılar ki, lap ağ elədilər: hamamı, qulluqçular üçün hücrəsi, kameristka 52 üçün xüsusi guşəsi və s. və i.a. olan əla bəzədilmiş dörd otaq. Həqiqətən də bu otaqlarda bir həftə əvvəl hansısa qrande duchesse 53 qalırdı. Bu haqda əlbəttə, mənzilin qiymətini daha da qaldırmaq üçün dərhal da yeni qonaqlara məlumat verildi. Nənəni otaqların hamısında gəzdirdilər, daha doğrusu, itələyə-itələyə apardılar, qarı da hər şeyə diqqətlə, ciddiyyətlə baxdı. Artıq başı dazlaşmış ahıl kişi olan oberkelner onu bu ilk baxışda ehtiramla müşayiət eləyirdi. Bilmirəm, onların hamısı nənəni kimə oxşatdılar, amma mənə elə gəlir ki, həddən artıq nüfuzlu, başlıcasısa, çox varlı xanıma oxşatmışdılar. O saat kitaba qeyd elədilər: “Madam ela generale prinsesse de Tarassevitcheva” 54 .Baxmayaraq ki, 52 xüsusi xidmətçi 53 böyük rəhbər – frans. 54 generalın xanımı knyaz Taraseviçeva – frans. www.vivo-book.com 136 nənə heç vaxt knyaginya olmamışdı. Xüsusi xidmətçisi, vaqonda xüsusi yer, özüylə gətirdiyi lazımsız bağlama, çamadan, hətta sandıqlar yığını güman ki, nüfuzun başlanğıcına səbəb olmuşdu; nənənin kreslosu, kəskin danışıq tərzi və səsi, onun ən utanmaz, heç bir etiraza dözməyən görkəmlə verdiyi suallar, bir sözlə, nənənin bütün görkəmi – düz, sərt, hökmlü – hamının ona ehtiramını tamamlayırdı. Baxış zamanı nənə aradabir qəfildən kreslonu dayandırmağı əmr eləyirdi, mebellərin arasındakı hansısa əşyanı göstərirdi, hörmətlə gülümsəyən, amma artıq qorxmağa başlamış ober-kelnerə gözlənilməz suallarla müraciət eləyirdi. Nənə sualları, yeri gəlmişkən, yetərincə pis bildiyi fransız dilində verirdi, beləliklə, adətən mən tərcümə eləyirdim. Ober-kelnerin cavablarının böyük bir qismi onun xoşuna gəlmirdi, narazı görünürdü. Qarının özü də hər şey barədə elə bil, iş haqqında yox, Allah bilir nə barədə soruşurdu. Qəfildən məsələn, tablonun – mifoloji süjeti olan hansısa məşhur orijinalın kifayət qədər zəif surəti qarşısında dayandı. – Kimin portretidi? |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling