www.vivo-book.com
130
görməli yerlər var?Elə Aleksey İvanoviç də göstərər, sənsə,
Potapıç, getməli bütün yerləri qeyd elə. Burda haranı
görmək maraqlı olar? – o, qəfildən yenə Polinaya müraciət
elədi.
– Burda yaxınlıqda qədim qəsrin xarabalıqları var,
sonra da Şlangenberq.
– Bu Şlangenberq nədi? Meşədi yoxsa?
– Yox, meşə deyil, dağdı, orda meydança…
– Nə meydançadı belə?
– Dağın ən yüksək zirvəsi, hasara alınmış yerdi. Ordan
bənzərsiz mənzərə açılır.
– Dağın başına kreslo qaldırmaq lazımdı? Qaldırarlar,
yoxsa yox?
– Hə, yükçüləri axtarıb
tapmaq olar, – cavab verdim.
Bu zaman dayə Feodosya salamlaşmaq üçün nənəyə
yaxınlaşıb generalın uşaqlarını özüylə gətirdi.
– Hə, öpüşməyə ehtiyac yoxdu! Uşaqlarla öpüşməyi
xoşlamıram; hamısı mızmızıdılar. Hə, sən özünü burda necə
hiss eləyirsən Feodosya?