Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet62/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   58   59   60   61   62   63   64   65   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
125 
– Elə özüdü ki, var, charmante; tanıyıram səni, 
hoqqabazın biri, hoqqabaz, mən axı, sənə bu qədər də 
inanmıram, – nənə ona çeçələ barmağını göstərdi. – Bu 
kimdi, belə? – m-lle Blancheni göstərib üzünü mənə tutdu. 
Amazonka geyinmiş, əlində qırmanc olan gözəgəlimli 
fransız qadın, görünür, onu heyrətləndirmişdi. 
– Bu mademoiselle Blanche de Cominges, bu isə onun 
anası madame de Comingesdi; onlar burdakı oteldə 
yaşayırlar, – məlumat verdim. 
– Qızı ərdədimi? – nənə nəzakət-filan gözləmədən 
sorğu-sual eləyirdi. 
– Mademoiselle de Cominges qızdı, – mən mümkün 
qədər hörmətlə, qəsdən astadan cavab verdim. 
– Şəndi? – mən sualı deyəsən, başa düşmədim. 
– Onunla darıxdırıcı deyil? Rusca başa düşür? Bax, De-
Qriye bizdə, Moskvada bizim dildə beşinci dərəcədən 
onuncu dərəcə ustalığa qalxdı. Mən ona izah elədim ki, m-
lle de Cominges Rusiyada heç vaxt olmayıb. 
– Bonjour! – nənə qəfildən bərkdən m-lle Blanche-yə 
müraciət elədi. 


www.vivo-book.com 
126 
– Bonjour, madame
47
, – m-lle Blanche üzünün və 
bədəninin bütün ifadəsiylə belə qəribə suala, müraciətə 
qeyri-adi ciddiyyət və nəzakət pərdəsi altında cavab 
verməyə tələsib təntənəylə, zərifliklə çömbəldi. 
Nənə birdən generala müraciət elədi: 
– Sənin qonşun olacağam; buna sevinirsən, yoxsa yox? 
– Oo, xalacan! Səmimi hisslərimə inanın… mənim 
məmnunluğuma, – general sözdən yapışdı. O artıq bir qədər 
özünə gəlmişdi, yeri düşəndə, uğurlu, lovğa-lovğa, müəyyən 
təsir göstərməyə iddiayla danışmağı bacarırdı. – Biz sizin 
xəstəliyiniz barədə xəbərlərdən elə həyəcanlanmış, elə 
heyrətlənmişdik ki… Elə ümidsiz teleqramlar alırdıq ki, 
qəfildən… 
– Yox, canım, goplayırsan, goplayırsan! – nənə o saat 
generalın sözünü ağzında qoydu. 
47
Bəli, xanım… İnanın ki, mən elə həyəcanlıyam… sizin 
səhhətiniz… bu möcüzədi… sizi burda görmək… gözəl 
sürprizdi – frans.



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   58   59   60   61   62   63   64   65   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling