Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet63/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   59   60   61   62   63   64   65   66   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
127 
– Amma necə ola bilər ki, – general da bu 
“goplayırsan” sözünü eşitməməyə çalışıb onun sözünü 
tələsik kəsdi və səsini qaldırdı, – amma necə oldu ki, belə 
bir səfərə çıxmağı qət elədiniz? Özünüz razılaşın ki, sizin 
yaşınızda, sizin səhhətinizdə… hər halda, bu o qədər 
gözlənilməzdi ki, bizim təəccübümüz başadüşüləndi. Amma 
mən elə şadam… bir də ki, biz hamımız (o mərhəmət və 
şəfqətlə gülümsəməyə başladı) var gücümüzlə çalışarıq, 
burdakı mövsümü sizdən ötrü ən gözəl əyləncəyə çevirək… 
– Yox, canım, bəsdi; boş cəfəngiyatdı; həmişəki kimi 
ağzına gələni danışırsan; mən özüm də yaşamağı bacararam. 
Bununla belə, sizdən əl çəkməyəcəyəm; kin saxlamıram. 
Necə ola bilər, soruşursan. Burda təəccüblü nə var axı? Ən 
sadə tərzdə. Onların hamısı da buna təəccüblənirlər. Salam, 
Praskovya. Sən burda neyləyirsən? 
– Salam, nənə, – Polina ona yaxınlaşıb dilləndi, – 
çoxdan yoldasan? 
– Hə, bax, bu hamıdan ağıllı sual verdi, yoxsa ki, ah-uf! 
Bax, görürsənmi: yatdım-yatdım, müalicə elədilər, elədilər, 


www.vivo-book.com 
128 
mən həkimləri qovdum, Nikoldan ponomarı
48
çağırdım. O 
elə bu xəstəlikdən ot ovuntusuyla bir qadını sağaldıb. Hə, 
mənə də kömək elədi; üçüncü gün qan-tərə batıb qalxdım. 
Sonra mənim almanlarım təzədən yığışdılar, eynəklərini 
taxdılar, bəzənməyə başladılar: “Əgər indi, deyirlər, xaricə, 
müalicə sularına getsə, kurs götürsə, tutmaları tamam 
keçər”. Niyə də yox, fikirləşirəm ki, Zajiginlər ah-uf 
elədilər: “Siz hara gedib çıxa bilərsiniz, deyirlər!” Hə, buna 
bax, buna nə sözün var! Bir günün içində yığışdım, keçən 
həftə cümə günü qızı, Potapıçı da, nökər Fyodoru da 
götürdüm.O berlinli Fyodoru da qovdum, ona görə ki, 
görürəm, o heç lazım deyil, təkbaşıma da gəlib çıxardım… 
Xüsusi vaqon götürərəm, yükçülərsə, bütün stansiyalarda 
var, iki qrivnaya
49
hara istəsən, apararlar. Gör, necə mənzil 
tutmusunuz! – ətrafa nəzər salıb sözünü tamamladı. – Bunu 
hansı pullarla eləyirsən, atam-atam? Axı, sənin hər şeyin 
48
aşağı rütbəli keşiş
49
Rusiyada qədim xırda pul



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   59   60   61   62   63   64   65   66   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling