Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet77/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   73   74   75   76   77   78   79   80   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
155 
– Farites le jeu messiecurs! Farites le jeu messiecurs! 
Rien ne va plus!
61
– nəzarətçi pul qoymağa dəvət eləyə-
eləyə və ruletkanı fırlatmağa hazırlaşa-hazırlaşa səslənirdi. 
– İlahi! Gecikdik! İndicə fırladacaqlar! Qoy, qoy! – 
nənə əl-ayağa düşdü, uzatma, tez ol, – o, var gücüylə məni 
itələyə-itələyə özündən çıxırdı. 
– Axı, hara qoyum, nənə? 
– Zero-ya, zero-ya, yenə zero-ya! Mümkün qədər çox 
qoy! Cəmi nə qədər pulumuz var? Yetmiş fridrixsdör? 
Onlara heyfin gəlməsin, bir dəfəyə iyirmi fridrixsdör qoy. 
– Özünüzə gəlin, nənə! O bəzən iki yüz dəfə dalbadal 
çıxmır. İnandırıram sizi, bütün var-yoxunuzu uduzacaqsınız. 
– Hə, gop eləyirsən, gop eləyirsən! Qoy! Bax, dilin 
cingildəyir, axı! Bilirəm nə eləyirəm, – nənə hətta özündən 
çıxıb əsəbi halda coşdu. 
61
Pulunuzu qoyun, cənablar! Pulunuzu qoyun! Daha heç kəs 
qoymur? – frans.


www.vivo-book.com 
156 
– Nizamnaməyə görə zero-ya birdəfəlik on iki 
fridrixsdördən artıq qoymağa icazə verilmir, nənə, – bax, 
qoydum. 
– Necə yəni icazə verilmir, sən yalan demirsən ki? 
Müsyö, müsyö, – sol tərəfində, lap yanında oturmuş, çarxı 
fırlatmağa hazırlaşan nəzarətçini itələməyə başladı, com 
bien zero? Douze? Douze?
62
Mən tələsik sualı fransızca izah elədim. 
Qui madame
63
– nəzarətçi nəzakətlə təsdiqlədi, – 
nizamnaməyə görə, hər cür birdəfəlik quyuluş bütövlükdə 
dörd min florindən artıq ola bilməz, – izah üçün əlavə elədi. 
– Yaxşı, eybi yoxdu, on iki qoy. 
– Ne yeu est fait!
64
– nəzarətçi qışqırdı. Çarx fırlandı 
və on üç çıxdı. Uduzduq. 
– Yenə, yenə, yenə, yenə qoy! – nənə qışqırdı. Mən 
artıq ziddinə getmirdim və çiynimi çəkib daha on iki 
62
Sıfır nə qədərdir? On iki? On iki? – frans.
63
Bəli, xanım – frans.
64
Pul qoyub – frans.



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   73   74   75   76   77   78   79   80   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling