Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet79/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   75   76   77   78   79   80   81   82   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
159 
Kreslonu salonun o başına qapıya doğru itələdilər. 
Nənə işıq saçırdı. Bizimkilərin hamısı onu dövrəyə alıb 
təbrik elədilər. Nənənin davranışı nə qədər məzəli olsa da, 
zəfəri çox şeyi ört-basdır eləmişdi, artıq general belə qəribə 
qadınla qohumluq münasibətlərində olmasıyla özünü camaat 
arasında biabır etməkdən qorxmurdu. O, iltifatlı, yekəxana – 
şən təbəssümlə, elə bil, uşağın xalası kimi nənəni təbrik 
elədi. Bununla belə, o, görünür, bütün tamaşaçılarsayaq 
heyrətə 
düşmüşdü. 
Ətrafda 
danışa-danışa 
nənəni 
göstərirdilər. Çoxları qarını yaxından görmək üçün 
böyründən keçirdilər. Mister Astley bir qıraqda tanış 
ingilislərlə onun barəsində söhbət eləyirdi. Bir neçə vüqarlı 
tamaşaçı qadın ona görmədikləri möcüzəyə baxdıqları kimi 
heyrətlə baxırdılar. De-Qriye təbriklərini, təbəssümlərini 
onun üstünə səpdi: 
– Quele victorie!
65
– dedi. 
65
Əla qələbədir! – frans.


www.vivo-book.com 
160 
– Mais, madame, cetait du feu!
66
m-lle Blanche 
oynaq təbəssümlə əlavə elədi. 
– Hə-ə, bax gəldi, on iki min florin uddu? Hə, on iki, 
bəs qızıl? Qızıl pulla demək olar, on üç min eləyir. Bu bizim 
pulla nə qədərdi? Altı minmi?
Məlumat verdim ki, yeddidən də o yana keçib, indiki 
məzənnəylə ola bilsin, səkkizə çatır. 
Zarafat deyil, səkkiz min! Sizsə, oturursunuz, 
başıboşlar, heç nə eləmirsiniz! Potapıç, Marfa, gördünüz! 
– Anacan, bunu necə elədiniz? Səkkiz min rubl! – 
Marfa qıvrıla-qıvrıla deyirdi. 
– Alın, bu da məndən hərənizə beş qızıl, budu! Potapıç 
və Marfa nənənin əlini öpmək üçün atıldılar. 
– Yükçülərin hərəsinə də bir fridrixsdör ver. Hərəsinə 
bir qızıl ver, Aleksey İvanoviç. Bu nökər nə təzim eləyir 
belə, o biri də? Onların da hərəsinə bir fridrixsdör ver. 
– Madame la Princesse un rauvre exrpatrie... malheur 
continuel… les princes russes sont si genereux
67
, kreslonun 
66
Amma xanım, bu parlaq oyunuydu! – frans.



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   75   76   77   78   79   80   81   82   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling