Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet81/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   77   78   79   80   81   82   83   84   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
163 
– Que diable c’est une terrible vieille!
69
– o, dişlərinin 
arasından generala pıçıldadı. 
– Dilənçi, dilənçi, yenə dilənçi! – nənə qışqırdı. – 
Aleksey İvanoviç, buna da bir qulden ver. Bu dəfə taxta 
ayaqlı, qəribə, göy rəngli, uzun ətəkli sürtükdə, əlində uzun 
əsa olan ağsaçlı bir qoca qabağımıza çıxdı. O, köhnə əsgərə 
oxşayırdı. Amma quldeni ona uzadanda bir addım geri 
çəkilib hədəylə mənə baxdı. 
– Was ist’s der Teufel!
70
– üstünə onlarla söyüş də 
əlavə eləyib qışqırdı. 
– Eh, axmaq! – nənə əlini yelləyib qışqırdı. – İrəli 
aparın! İndi tez nahar eləyəcəyəm, bir az yorğan-döşəkdə 
uzanacağam, sonra yenə də ora gedəcəyəm. 
– Yenə oynamaq istəyirsiniz, nənə? – qışqırdım. 
– Bəs necə fikirləşirdin? Siz burda oturub qaş-
qabağınızı sallayırsınız, mən də sizə baxmalıyam? 
69
Lənət şeytana, dəhşətli qarıdı – frans.
70
Lənət şeytana, bu nədi belə? – alm.


www.vivo-book.com 
164 
– Mais, madame, – De-Qriye yaxın gəldi, – les chances 
peuvent tourner, une seule mauvaise chance et vois perdrez 
tout… surtout avec votre jeu… c’etait terrible!
71
– Vois 
perdrez obsolument
72
– m-lle Blanche cükküldədi. 
– Sizlərə nə dəxli var, axı? Sizin pulunuzu uduzmuram 
– öz pulumu uduzuram! Bəs bu mister Astley hardadı? – O 
məndən soruşdu. 
– Vağzalda qaldı, nənə. 
– Təəssüf.Bax, o, çox yaxşı adamdı.
Nənə evə çatıb, hələ pilləkəndə ober-kelnerlə rastlaşıb 
onu yanına çağırdı və udmağıyla öyündü; sonra Fedosyanı 
çağırdı, ona üç fridrixsdör bağışlayıb yemək verməyi 
tapşırdı. Nahar vaxtı Fedosya və Marfa onun qabağında 
onsuz da əldən-ayaqdan gedirdilər. 
71
Amma xanım, uduşun adamdan üz döndərməyi də var, bir 
uğursuz gediş – və siz hər şeyi itirərsiniz… xüsusilə, sizin 
qoyduğunuz pula… bu dəhşətdi – frans.
72
Siz mütləq itirəcəksiniz – frans.



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   77   78   79   80   81   82   83   84   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling