www.vivo-book.com
162
Aleksey İvanoviç, Aleksey İvanoviç, bu dilənçiyə sədəqə
ver! Yolla qozbel bir səfil gedir, bizə baxırdı.
– Bəlkə bu dilənçi də deyil, hansısa fırıldaqçıdı, nənə.
– Ver, ver, ona qulden ver!
Yaxınlaşıb verdim. O mənə vəhşi heyrətlə baxdı, amma
quldeni dinməzcə götürdü.
– Bəs sən, Aleksey İvanoviç, hələ xoşbəxtliyi sınaqdan
keçirməmisən?
– Yox, nənə.
– Oyun vaxtı gözlərin yanırdı, gördüm.
– Mən hələ sınayacağam, nənə, mütləq, sonra.
– Özün də birbaşa zero-ya qoy! Bax, görərsən. Nə
qədər sayan var?
– Vur-tut iyirmi fridrixsdör, nənə.
– Azdı. Əgər istəyirsən, mən sənə əlli fridrixsdör borc
verərəm. Bax, elə bu bağlamanı da götür, sənsə, kişi, hər
halda gözləmə, sənə verməyəcəyəm, – o, qəfildən
generala
müraciət elədi. Elə bil, onu alt-üst elədilər, amma susdu. De-
Qriye üz-gözünü turşutdu: