Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet78/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   74   75   76   77   78   79   80   81   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
157 
fridrixsdör qoydum. Çarx uzun-uzadı fırlandı, “Məgər o 
doğrudan da yenə zero-nun udacağını fikirləşir?” – Ona 
təəccüblə baxıb düşündüm. Uduşa olan qəti inam lap indicə 
“zero!” qışqıracaqlarına mütləq intizar nənənin üzündə bərq 
vururdu. Kürəcik sıçrayıb xanaya düşdü. 
– Zero! – nəzarətçi qışqırdı. 
– Hə? – coşqun təntənəylə məndən soruşdu. Mən özüm 
oyunçu idim; həmin bu dəqiqəni hiss eləyirdim. Əlim-
ayağım əsirdi, qan beynimə vurmuşdu. Əlbəttə, bu nadir 
hadisəydi ki, cəmi-cümlətanı on zərbədə üç dəfə zero 
çıxmışdı; amma burda elə heyrətamiz bir şey yoxdu. Mən 
özüm üçüncü günümdə dalbadal üç dəfə zero çıxdığının 
şahidi olmuşdum, bu zaman kağız üzərində zərbələri cidd-
cəhdlə qeyd eləyən oyunçu ucadan demişdi ki, dünən elə bu 
zero bütöv sutka ərzində bircə dəfə düşüb. 
Ən böyük uduşu olan nənəylə xüsusi diqqət, hörmətlə 
hesablaşdılar. O, düz dörd yüz iyirmi fridrixsdör, daha 
doğrusu, dörd min florin və iyirmi fridrixsdör almalı oldu. 
İyirmi fridrixsdörü qızıl pulla, dörd min florini isə bank 
biletləri ilə verdilər. Amma nənə bu dəfə Potapıçı 


www.vivo-book.com 
158 
çağırmışdı; o, başqa şeylə məşğul idi. Qarı hətta itələşmirdi, 
zahirən titrəmirdi. Əgər belə mümkünsə, daxilən əsirdi. 
Bütün diqqətini nəyəsə cəmləşdirmişdi, onu da nişan aldı: 
– Aleksey İvanoviç! O dedi ki, bir dəfəyə yalnız dörd 
min florin qoymaq olar? Al, götür, bütün bu dörd mini 
qırmızı xanaya qoy, – nənə qət elədi. Onu fikrindən 
daşındırmağın xeyri yox idi. Çarx fırlandı. 
– Rouge! – Nəzarətçi elan elədi. Yenə dörd min florin 
uduş, cəmi deyəsən, səkkiz min oldu. “Dördünü mənə ver, 
dördünüsə, yenə qırmızı xanaya qoy”, – nənə əmr elədi. 
Yenə dörd min qoydum. 
– Rouge! – nəzarətçi bir də elan elədi. 
– Cəmi on iki! Hamısını bəri ver. Qızıl pulları bura pul 
kisəsinə tök. Kağız pullarısa gizlət. 
– Bəsdi! Evə! Kreslonu itələyin!
XI FƏSİL



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   74   75   76   77   78   79   80   81   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling