Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet86/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   82   83   84   85   86   87   88   89   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
173 
– Bağışlayın, siz bu qarının rəhbəri (yaxud bunu necə 
deyirlər?) olmağı öz üzərinizə götürürsünüz, sette pauvre 
terrible vieille
74
– De-Qriyenin özü çaşırdı, amma o 
uduzacaq axı, bütün var-yoxunu itirəcək! Siz özünüz 
gördünüz, siz onun necə oynadığının şahidi oldunuz! Əgər 
o, uduzmağa başlasa, inadından, qəzəbindən masadan 
aralanmayacaq, elə hey oynayacaq, hey oynayacaq, belə 
hallardasa uduzulanları heç zaman geri qaytarmaq mümkün 
olmur və onda… onda… 
– Onda da, – general onun səsinə səs verdi, – onda siz 
bütün ailəni məhv eləyəcəksiniz! Mən və ailəm, biz onun 
varisləriyik, başqa yaxın qohumları yoxdu. Sizə açıq deyim: 
mənim işlərim pozulub, həddən artıq pozulub. Özünüz 
qismən bilirsiniz… Əgər o, xeyli pul, yaxud hətta ola bilsin 
ki, bütün varidatını (ilahi!) uduzsa, onda mənim uşaqlarımın 
halı necə olacaq (general De-Qriyeyə nəzər saldı) – mənim 
halım necə olacaq? (General ondan nifrətlə üzünü çevirən 
74
Bu zavallı, dəhşətli qarının – frans.


www.vivo-book.com 
174 
m-lle Blanche-yə baxdı.) Aleksey İvanoviç, xilas eləyin, bizi 
xilas eləyin!.. 
– Axı, nəylə, general, deyin, nəylə xilas eləyə 
bilərəm… Mən burda kiməm ki? 
– İmtina eləyin, imtina eləyin, onu atın!.. 
– Onda başqası tapılacaq! – qışqırdım. 
– Ce n’est pas ça ce n’est pas ça, – De-Qriye təzədən 
sözümü kəsdi, – que diable! Yox, atmayın, amma heç 
olmasa, vicdanını oyadın, dilə tutun, başını qatın… Hə, 
nəhayət, ona həddən artıq uduzmağa imkan verməyin, 
birtəhər başını qatın. 
– Bunu necə eləyə bilərəm? Əgər siz özünüz bunu 
eləsəydiniz, – monsieur m-lle Blanche-nin De-Qriyeyə cəld, 
odlu, sualedici nəzərini hiss elədim. De-Qriyenin özünün 
sifətindəsə, nəsə xüsusi, nəsə açıq-aşkar bir şey görünürdü, 
o, bundan özünü saxlaya bilmədi. 
– Elə məsələ də burasındadır ki, o, indi məni qəbul 
eləməz! – De-Qriye əlini yelləyib qışqırdı. – Əgər… 
sonra… De-Qriye m-lle Blanche-yə cəld, mənalı nəzər 
saldı. 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   82   83   84   85   86   87   88   89   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling