Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet87/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   83   84   85   86   87   88   89   90   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
175 
– O mon çher monsieur Alexis soyez si bon
75
m-lle 
Blanche-nin özü mənə doğru füsunkar təbəssümlə 
addımladı, əllərimdən yapışıb möhkəm sıxdı. Lənət şeytana! 
Bu iblissifət bir saniyədə dəyişməyi bacarırdı. Bu an onun 
çox yalvarıcı, elə sevimli uşaq kimi gülümsəyən, hətta 
şıltaqsayaq görkəmi vardı; sözünü qurtarana yaxın mənə 
hamıdan gizlin, hiyləgərcəsinə göz vurdu; mənim ağzımdan 
birdəfəlik vurmaq istəyirdi? Pis də alınmadı, – amma bu 
kobudcasına, dəhşətli alınmışdı. Onun arxasınca general da 
sıçradı, – məhz sıçradı. 
– Aleksey İvanoviç, bağışlayın ki, bayaq sizinlə belə 
başladım, mən heç də onu demək istəmirdim. Mən sizdən 
xahiş eləyirəm, yalvarıram, rus kimi baş əyib, and içirəm, – 
təkcə siz, təkcə siz bizi xilas eləyə bilərsiniz! Mən də 
mademoiselle Cominges sizə yalvarırıq, – başa düşürsünüz, 
axı başa düşürsünüz? – o, gözləriylə m-lle Blanche-ni 
göstərə-göstərə 
yalvarırdı. 
General 
çox 
miskin 
vəziyyətdəydi. Həmin dəqiqələrdə qapı üç dəfə astadan, 
75
O, əziz Aleksey, xeyirxah olun – frans.


www.vivo-book.com 
176 
hörmətlə döyüldü; açdılar, – dəhliz qulluqçusu döyürdü, 
onun arxa tərəfində, bir neçə addımlığında Potapıç dururdu. 
Elçiləri nənə göndərmişdi. Məni axtarıb tapmaq, dərhal ora 
çatdırmaq tələb olunurdu, “acıqlanırlar”, – Potapıç məlumat 
verdi. 
– Amma hələ saat dördün yarısı təzəcə olub ki! 
– Xanım yata da bilmədi, hey o tərəf-bu tərəfə çevrildi, 
sonra qəfildən qalxdı, kreslo tələb elədi və sizin dalınızca 
göndərdi. İndi də artırmada gözləyirlər-r… 
– Quelle meqere!
76
– De-Qriye qışqırdı. Doğrudan da, 
mən gəlib çıxmadığımdan hövsələsi darıxan nənəni 
artırmada tapdım. Saat dördə qədər gözləməyə səbri 
çatmamışdı. 
– Hə, qaldırın! – nənə qışqırdı, sonra yenə ruletkaya 
yollandıq.
76
Necə ifritədi! – frans.



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   83   84   85   86   87   88   89   90   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling