www.vivo-book.com
182
– Görürəm ki, gedib, – o, belə demək mümkünsə,
qəribə dəlisov sakitliklə dilləndi, – görürəm
atam-atam,
görürəm, – tərpənmədən bir nöqtəyə
baxa-baxa, elə bil,
götür-qoy eləyə-eləyə dilləndi, – eh, ölsəm də oynayacağam,
dörd min qulden də qoy!
– Pul yoxdu axı, nənə; pul kisənizdə bizim beşfaizlik
istiqrazlar, bir də bəzi köçürmələr var, pulsa yoxdu.
– Bəs, portmanatda?
– Xırda pullar qalıb, nənə.
– Burda puldəyişmə dükanları var? Mənə dedilər ki,
bizim bütün kağızlarımızı xırdalamaq olar, – nənə qətiyyətlə
soruşdu.
– Oh, nə qədər istəsəniz! Amma siz dəyişdirməyə görə
itirəcəyinizdən belə… cuhudun özü də dəhşətə gələcək!
– Boş söhbətdi! Yenə udacağam. Apar. O qanmazları
çağır.
Kreslonu itələdim, yükçülər gəldilər, biz vağzaldan
çıxdıq. “Tez, tez, tez!” – nənə əmr verirdi. – “Yolu göstər,
Aleksey İvanoviç, yaxındakına apar, uzaqdadımı?”.
– İki addımdı, nənə.