Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
169 ətrafında, onun işığı içində olum. Bundan sonra heç nə bilmirəm! Bir də, bəyəm, ondan əl çəkə bilərəm? Üçüncü mərtəbədə, onların dəhlizində, elə bil, nəsə məni itələdi. Çevrildim. İyirmi addım, bəlkə də bir az artıq məsafədə qapıdan çıxan Polinanı gördüm. O, doğrudan da, məni gözləyir, məni izləyirdi. O dəqiqə də yanına çağırdı. – Polina Aleksandrovna… – Sakit! – o, xəbərdarlıq elədi. – Təsəvvür eləyin ki, – pıçıldadım, – məni indicə doğrudan da, böyrümdən nəsə itələdi; dönüb baxıram – sizsiniz! Elə bil, sizdən qəribə bir enerji çıxır! – Bu məktubu alın! – Polina yəqin ki, dediyimi eşitməyib qayğılı və qaşqabaqlı halda dilləndi, – bu dəqiqə şəxsən mister Astleyə verin. Bacardıqca tez, xahiş eləyirəm. Cavabı lazım deyil. O özü… O, sözünü bitirmədi. “Mister Astleyə?” təəccüblə soruşdum. Amma Polina artıq qapının arxasında yox olmuşdu. – Aha, deməli, onlar hətta yazışırlar! – Mən şübhəsiz ki, elə o dəqiqə mister Astleyi axtarıb tapmaq üçün qaçdım, www.vivo-book.com 170 əvvəlcə qaldığı otelə getdim, orda tapmadım, sonra vağzalda axtardım, bütün zalları axtardım, nəhayət, əsəbi vəziyyətdə, az qala ümidsizlik içində evə qayıdanda ona təsadüfən hansısa ingilis kişilərin və xanımların dəstəsində rast gəldim. Əlimlə işarə elədim, dayandı, məktubu ona verdim. Biz baxışmağa da macal tapmadıq. Amma şübhələnirəm ki, mister Astley qəsdən tez-tələsik atının başını buraxdı. Qısqanclıq mənə əzab verirdimi? Amma çox pis əhvali- ruhiyyədəydim. Nə barədə yazışdıqlarını da heç bilmək istəmirdim. Deməli, o, Polinanın inanılmış adamıdı! “Dost olmağına, dostdu, – fikirləşirdim, bu da aydındı (nə vaxt dostlaşmağa vaxt tapıb), – amma aralarında sevgi varmı? – Əlbəttə, yox”, – ağlım mənə pıçıldayırdı. Amma təkcə ağıl belə hadisələrdə azdı, axı. Hər halda bunu da aydınlaşdırmaq lazım gəlirdi. Məsələ xoşagəlməz şəkildə mürəkkəbləşirdi. Otelə girməyə macal tapmadım ki, şveytsarla öz otağından çıxan ober-kelner xəbər verdilər ki, məni tələb eləyirlər, axtarırlar, üç dəfə dalımca adam göndəriblər öyrənsin, mən hardayam? Xahiş eləyirlər bacardıqca tez generalın otağına gedim. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling