Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet82/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   78   79   80   81   82   83   84   85   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
165 
– Sizə baxırdım, anacan, – Marfa dil-boğaza qoymurdu, 
– Potapıça deyirdim ki, anamız neyləmək istəyir? Masanın 
üstündəsə, o qədər pul var, o qədər pul var, vay dədəm, vay! 
Bütün ömrümdə bu qədər pul görməmişdim. Hər yerdə də 
cənablar oturur, yalnız cənablar oturur. Mən də hardandı, 
deyirəm, Potapıç, bütün bu cür cənablar burda? Fikirləşirəm, 
sən ona özün kömək ol, Məryəm ana. Sizin üçün dua 
eləyirəm, anacan, ürəyimsə elə sıxılır, elə sıxılır, əsirəm, 
başdan-ayağa titrəyirəm. İlahi, ona özün ver, fikirləşirəm, 
bax, o dəqiqə Allah sizə verdi. İndiyəcən, anacan, eləcə 
əsirəm, bax, belə başdan-ayağa əsirəm. 
– Aleksey İvanoviç, hazırlaş, nahardan sonra, saat 
dörddə, gedək. İndisə hələlik, əlvida, mənə bir doktorcuq 
çağırmağı da unutma, mən də sulardan içməliyəm. Yoxsa 
unudarsan, zəhmət olmasa. 
Nənənin yanından beyni dumanlanmış halda çıxdım. 
Öz-özümə təsəvvür eləməyə çalışırdım ki, indi bizimkilərin 
hamısının halı necə olacaq və vəziyyət hansı şəkil alacaq? 
Aydın görürəm ki, onlar (əsasən general) hətta ilk 
təəssüratdan da hələ özlərinə gəlməyə macal tapmayıblar. 


www.vivo-book.com 
166 
Nənənin ölümü (deməli, həm də miras) barədə hər saat 
gözlənilən teleqram əvəzinə, onun özünün peyda olması 
faktı onların niyyətlərini elə darmadağın elədi ki, nənənin 
ruletkadakı sonrakı qəhrəmanlıqlarına qəti anlaşılmazlıqla, 
hamıya sirayət eləyən qəribə bir donuqluqla yanaşırdılar. 
Bununla belə, bu ikinci fakt az qala birinci faktdan 
vacibiydi, ona görə ki, generala pul verməyəcəyini nənə iki 
dəfə təkrar eləsə də, amma hələ ümidi itirmək lazım deyildi. 
Generalın bütün işlərinə qarışmış De-Qriye də, bu ümidi 
itirmirdi. Əminəm ki, o işlərə tamamilə qarışmış m-lle 
Blanche də (başqa cür də ola bilməz: general arvadı və xeyli 
miras!) ipə-sapa yatmayan, özünü sevdirməyi bacarmayan 
dikbaş Polinanın əksinə ümidini itirməzdi, naz-qəmzəsinin 
bütün məftunluqlarını nənəsinin üzərində istifadə eləyərdi. 
Amma indi nənə ruletkada belə qəhrəmanlıqlar göstərəndə; 
indi, nənənin şəxsiyyəti onların qarşısında belə aydın, tipik – 
(şıltaq, hökmsevən qarı – et tombee en enfanse) – iz salanda; 
indi çox güman ki, hər şey məhv olmuşdu. Axı o, oyuna 
girişməyinə uşaq kimi sevinirdi, həmişəki kimi, külü göyə 
sovrulacaqdı. İlahi! – fikirləşdim, (həm də özün bağışla, 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   78   79   80   81   82   83   84   85   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling