Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet94/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   90   91   92   93   94   95   96   97   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
189 
Hədsiz incimiş De-Qriye çiyinlərini çəkdi, nifrətlə 
nənəyə baxıb aralandı. Baş qoşduğundan elə özü də utandı; 
heç özünü saxlaya bilməmişdi. 
Nə qədər əlləşsək də, bir saatdan sonra hamısını 
uduzduq. 
Nənə xiyabana qədər bir kəlmə belə danışmadı. 
Xiyabanda, artıq otelə yaxınlaşanda ondan çığırtılar çıxmağa 
başladı. 
– Bu cür axmaq olar? Bu cür sarsaq olar? Qocasan sən, 
qoca sarsaqsan!
Otağa yenicə girmişdik ki: “Mənə çay verin! – deyə 
nənə qışqırdı, – dərhal da yığışın! Gedirik! 
– Hara, anacan, hara buyurursunuz? – Marfa sözə 
başladı. 
– Sənin nə işinə, axı? Öz yerini bil! Potapıç, hər şeyi, 
bütün yükü yığ. Geri, Moskvaya gedirik! Mən on beş min 
rublun başına daş saldım! 


www.vivo-book.com 
190 
– On beş min, anacan! İlahi! – Potapıç yəqin ki, qulluq 
göstərdiyini güman eləyə-eləyə mütəəssir halda əllərini 
oynadıb az qala qışqırdı. 
– Yaxşı, yaxşı, axmaq! Hələ ağlamağa da başlayıb! 
Sus! Yığışın! Hesabı! Tez, tez! 
– Ən yaxın qatar doqquz saat yarımdan sonra yola 
düşür, nənəcan, – onun furorunun
78
qabağını almaq üçün 
məlumat verdim. 
– Bəs indi saat neçədi? 
– Səkkizin yarısı. 
– Heyif! Amma nə fərqi var, Aleksey İvanoviç, mənim 
bircə qəpik pulum yoxdu. Bax, bu iki bileti də götür, ora 
qaç, mənə bunları da xırdala. Yoxsa getməyə də pul yoxdu. 
Yola düşdüm. Yarım saatdan sonra otelə qayıdıb 
bizimkilərin hamısını nənənin yanında tapdım. Nənənin 
birdəfəlik Moskvaya getdiyini eşidib, deyəsən, onun 
uduzmağından daha çox heyrətlənmişdilər. Tutaq ki, çıxıb 
78
Fransızca – jureur, italyanca – jurore hiddət, qəzəb 
deməkdi



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   90   91   92   93   94   95   96   97   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling