Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
195 vəziyyətimi qismən başa düşdünüz. Sizə elə minnətdaram ki, inanın, yanınıza gələcəyəm, bəlkə də hətta tezliklə gələcəyəm. İndisə səbəblər var… vacib səbəblər… Mən indi, bu dəqiqə qərara gələ bilmərəm. Əgər heç olmasa, iki həftə qalsaydınız… – Deməli, istəmirsən? – Deməli, bacarmıram. Üstəlik də, hər halda, bacımı və qardaşımı ata bilmərəm, amma həqiqətən elə ola… elə ola… Elə ola bilər ki, onlar tək, kimsəsiz qalarlar, onda… Əgər məni balacalarla birgə qəbul eləsəniz, onda, əlbəttə, sizin yanınıza gələrəm, inanın, buna layiq də olaram, nənə. – Yaxşı, zıqqıldama! (Polina zıqqıldamağı ağlına da gətirmirdi, həm də o, heç vaxt ağlamırdı.) Cücələr üçün də yer tapılar. Üstəlik, onlar məktəbə getməlidilər. Hə, bəs indi getmirsən? Yaxşı, Praskovya, bax. Mən sənin yaxşılığını istəyərdim, axı, niyə getmədiyini bilirəm. Hər şeyi bilirəm, Praskovya! Bu fransızciyəz sənə xeyir gətirməyəcək. Polina pörtdü. Mən eləcə diksindim (Hamının xəbəri var, belə çıxır, təkcə mən heç nə bilmirəm!). www.vivo-book.com 196 – Yaxşı, yaxşı, qaşqabağını sallama. Sözü uzatmayacağam. Bax ha, elə olsun ki, axırı pis qurtarmasın, başa düşürsən? Sən ağıllı qızsan; sənə heyfim gələcək. Hə, bəsdi, kaş ki, heç birinizi görməyəydim. – Mən, nənə, hələ sizi ötürəcəyəm, – Polina dilləndi. – Lazım deyil, mane olma, həm də sizin hamınız məni bezdirmisiniz. Yanımdan keçəndə Polina mənə cəld nəzər salıb dərhal gözlərini qaçırtdı. – Hə, sən də salamat qal, Aleksey İvanoviç! Qatarın vaxtına cəmi bir saat qalıb. Həm də fikrimcə, sən məndən yorulmusan. Al, bu əlli qızılı özünə götür. – Çox minnətdaram, nənə, mənim vicdanım… – Yaxşı, yaxşı! – Amma nənə elə qızğınlıq, hiddətlə qışqırdı ki, sözündən çıxa bilməyib pulu götürdüm. – Moskvada yersiz-yurdsuz ora-bura qaçsan, mənim yanıma gəl; bir yerə tövsiyə eləyərəm. Yaxşı, rədd ol! Öz otağıma gəlib çarpayıma sərələndim. Başımı əllərimin üstünə qoyub hardasa, yarım saat arxası üstə uzanmışdım. Artıq qəza baş vermişdi, fikirləşməyə bir şey vardı. Qərara gəldim ki, sabah Polinayla ciddi söhbət |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling