Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
211 yolunun sərnişin platformasından d’Anqlettere otelinə gedən gördüm. O tələsirdi və çox fikirliydi, bununla belə, onun üzündə qayğı, yaxud hər hansı çaşqınlıq ayırd eləmək çətin idi. Özünün həmişəki “A!” ifadəsiylə mehribancasına mənə əl uzatdı, amma kifayət qədər tələsik addımlarla gedə-gedə yolundan qalmadı. Mən onun dalınca düşdüm; amma birtəhər elə cavab verə bildi ki, mən heç nə soruşa bilmədim. Üstəlik də, nədənsə Polina barədə söz salmağa dəhşətli vicdan əzabı çəkirdim. Ona nənə haqqında danışdım; diqqətlə və ciddi tərzdə qulaq asıb, çiyinlərini çəkdi. – O, hamısını uduzacaq, – qeyd elədim. – Hə də, – cavab verdi, – axı oynamağa hələ bayaq, mən gedəndə getmişdi, buna görə də yəqin bilirdim ki, uduzacaq. Əgər vaxtım olsa, baxmaq üçün vağzala gedərəm, çünki bu maraqlıdı. – Hara gedirsiniz? – indiyəcən soruşmadığıma heyrətlənib, səsləndim. – Mən Frankfurtdaydım. – İş dalınca getmişdiniz? – Hə, iş dalınca. www.vivo-book.com 212 Yaxşı, daha nə soruşmalıydım, axı. Bununla belə, mən hələ də onunla yanaşı gedirdim, amma qəfildən yolunun üstündə yerləşən “De quatre saisons” 82 otelinə döndü, mənə baxıb başını tərpətdi və gözdən itdi. Evə qayıdanda az-çox başa düşdüm ki, əgər onunla iki saat da danışsaydım, qəti bir şey anlamayacaqdım. Hə, əlbəttə, belədi! Mən indi öz sualımı heç cür formalaşdıra bilməzdim. Bütün bu gün ərzində Polina gah uşaqlarla və dayəylə parkda gəzirdi, gah evdə otururdu. O artıq çoxdan generaldan uzaq qaçırdı, demək olar, onunla heç nə, ən azı ciddi bir şey barədə danışmırdı. Bunu çoxdan sezmişdim. Amma generalın bu gün hansı vəziyyətdə olduğunu bilə-bilə, fikirləşdim ki, o, Polinanın yanından ötə bilməzdi, daha doğrusu, onların arasında müəyyən vacib ailə çək-çeviri olmaya bilməzdi. Amma mən mister Astleylə söhbətdən sonra otelə qayıdıb, yanında uşaqlar olan Polinayla rastlaşanda, onun üzündə ən sakit rahatlıq əks olunmuşdu.Elə bil, bütün ailə qasırğası yalnız böyründən ötüb-keçmişdi. 82 “İlin dörd fəsli” – frans. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling