Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
203 qədər doğmadılar ki, tüstüyə çevrilib uçması üçün ona hətta yeni nəyləsə toxunmağa qorxuram! Bütün bunlar mənə belə doğmadılarmı? Hə, əlbəttə, doğmadılar; bəlkə qırx ildən sonra da xatırlayacağam… Beləliklə, yazmağa başlayıram. Bununla belə, bunların hamısını indi qismən, mümkün qədər qısa danışacağam: təəssüratlar heç də əvvəlki deyil… * * * Birinci, nənəylə haqq-hesabı qurtarmaq üçün. Sonrakı gün o, hər şeyi tamam-kamal uduzdu. Elə belə də olmalıydı: belələrindən kim bircə dəfə bu yola düşürsə, o, elə bil, qarlı dağdan xizəklə sürüşür, get-gedə daha sürətlə şütüyür. Nənə bütün günü axşam saat səkkizəcən oynadı; mən onun yanında olmamışam, yalnız söylənilənlərdən bilirəm. Potapıç onun yanında, vağzalda bütün günü növbə çəkdi. Nənəyə rəhbərlik eləyən polyakcığazı həmin gün bir neçə dəfə dəyişdilər. Qarı ondan başladı ki, saçından dartdığı dünənki polyakcığazı qovub başqasını götürdü, amma o biri demək olar, daha pis oldu. Bunu qovub, çıxıb www.vivo-book.com 204 getməyən, bütün bu sürgün müddətində elə burdaca, nənənin kreslosunun arxasında sıxılıb duran, hər dəqiqə başını ona doğru uzadan birincini götürdü, – qarı, nəhayət, əməlli-başlı ümidsizliyə qapıldı. Qovulmuş ikinci polyakcığaz da heç cür çıxıb getmək istəmirdi; biri sağ tərəfində yerləşmişdi, o biri sol tərəfində. Elə hey banka və gedişlərə görə bir-biriylə mübahisə eləyir, söyüşürdülər, bir-birinə “laydak” və digər polyak komplimentləri yağdırırdılar, sonra yenə barışırdılar, hər cür qaydasız-filansız pul atırdılar, əbəs yerə göstəriş verirdilər. Dalaşa-dalaşa hərəsi öz tərəfindən atırdı, biri, məsələn, qırmızıya qoyanda, o biri də dərhal qaraya qoyurdu. Axırda onlar nənəni tamamilə dolaşdırıb əldən saldılar, nəhayət, o, az qala, ağlaya-ağlaya qoca nəzarətçiyə onu müdafiə eləmək, polyakları qovmaq xahişini bildirdi. Qışqırıqlarına, etirazlarına baxmayaraq, onları, doğrudan da, dərhal qovdular: ikisi də bir ağızdan qışqırır, sübut eləyirdilər ki, nənə hələ onlara borcludu, onları nədəsə aldadıb, onlarla yaramaz hərəkət eləyib. Bədbəxt Potapıç bütün bunları mənə elə həmin axşam, uduzandan sonra göz yaşlarıyla danışırdı, şikayətlənirdi ki, polyaklar öz ciblərini |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling