Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
209 olacağından əsən, ürəyi döyünən general hətta şitini çıxartmışdı: yarım saatlıq yalvarış, xahişlərdən sonra, üstəlik də hər şeyi, yəni bütün borcları, hətta m-lle Blanche-yə ehtirasını (tamam özünü itirmişdi) açıq-açığına boynuna alıb qəfildən səsini qəzəblə qaldırmışdı, hətta nənənin üstünə qışqırmağa, ayaqlarını yerə döyməyə başlamışdı.Qışqırırdı ki, qarı onların bütün nəslini rüsvay eləyir, bütün şəhərdə qalmaqal yaradır, nəhayət… nəhayət… “Siz rus adını da rüsvay eləyirsiniz, xanım! – general qışqırırdı. – Bunun üçün polis var!” – nənə axırda onu dəyənəklə (əsl dəyənəklə) qovdu. Generalla De-Qriye bu səhər bir, yaxud iki dəfə məsləhətləşmişdilər.Onları məhz bu məşğul eləyirdi: doğrudan da, birtəhər polisdən istifadə etmək olmazmı? Belə ki, bax, deməzsənmi, bədbəxt, amma hörmətli qarı ağlını itirib, axırıncı pullarını uduzur və i.a. Bir sözlə, hər hansı nəzarət, yaxud qadağa əldə eləmək olarmı?.. Amma De- Qriye yalnız çiyinlərini çəkirdi, gözləri də artıq hər şeyi açıb-tökən, kabinetdə irəli-geri qaçan generalı ələ salırdı. Nəhayət, generala əlini yelləyib, hardasa gizləndi. www.vivo-book.com 210 Axşam öyrəndilər ki, o, əvvəlcədən m-lle Blanche-ylə qətiyyətlə, gizli söhbət aparıb, tamamilə oteldən çıxıb gedib. M-lle Blanche-yə gəldikdə, hələ lap səhərdən qəti tədbirlər görmüşdü: o, generalı özündən tamamilə uzaqlaşdırmışdı, hətta gözlərinə də görünmürdü. General onun dalınca vağzala qaçanda, knyazcığazla qol-qola görəndə, guya nə o, nə m-me veuve Cominges onu tanıdılar. Knyazcığaz da ona təzim eləmədi. Bütün bu günü M-lle Blanche, nəhayət, öz fikrini qəti deməsi üçün knyazı sınaqdan keçirir, dilə tuturdu. Amma əbəs yerə! O, knyaza bəslədiyi ümidlərdə bərk yanılmışdı! Bu kiçik qəza artıq axşam baş verdi; qəfildən məlum oldu ki, knyaz şahin kimi lümlütdü, üstəlik də borc kağızı müqabilində pul götürüb, qumar oynamaq üçün elə ona arxalanır. Blanche qəzəblə onu qovdu, otağına qapanıb qaldı. Elə həmin gün səhər mən mister Astleyin yanına getmişdim, yaxud daha dəqiq desəm, bütün səhəri mister Astleyi axtarmışdım, amma onu heç cür tapa bilməmişdim. Nə evdə, nə vağzalda, nə də parkdaydı. Bir dəfə də öz otelində nahar eləməmişdi. Saat beşdə qəfildən onu dəmir |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling