Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
213 O mənim təzimimə başını tərpətdi. Öz otağıma tamamilə hiddətli vəziyyətdə gəldim. Əlbəttə, mən onunla söhbət eləməkdən qaçırdım, Vurmerhelmlərlə baş verən hadisədən sonra onunla bir dəfə də üz-üzə gəlməmişdim. Bununla yanaşı, müəyyən qədər özümü çəkir, tərslik eləyirdim; amma vaxt nə qədər ötürdüsə, məndə əsl qəzəb get-gedə o qədər çox qaynayırdı. Əgər o məni hətta bir qırıq da sevməsəydi, hər halda, mənə belə gəlir, hisslərimi belə tapdalamamalıydı, etirafımı bu cür etinasızlıqla qəbul eləməməliydi. Axı, bilir ki, mən onu, doğrudan da, sevirəm: axı, onunla belə danışmağa özü icazə verirdi, imkan yaradırdı! Düzdü, bu münasibət bizim aramızda bir qədər qəribə başladı. Bir müddət əvvəl – iki ay qabaq sezməyə başladım ki, mənimlə dostlaşaraq öz inanılmış adamı eləmək istəyir.Hətta qismən bunu sınaqdan da keçirir. Amma bu nədənsə o vaxt işə keçmədi; bunun əvəzində aramızda indiki qəribə münasibət qaldı; bu səbəbdən də onunla bu cür danışmağa başladım. Amma əgər mənim məhəbbətimə www.vivo-book.com 214 nifrət eləyirsə, niyə onunla danışmağı birbaşa qadağan eləməsin? Mənə qadağan eləmirlər; hətta bir dəfə də özü məni danışığa çağırdı və… əlbəttə, bunu məsxərəylə elədi. Mən yəqin bilirəm, bunu dəqiq sezmişəm – qulaq asıb, əməlli- başlı acıqlandırıb, qəfildən müəyyən bir hərəkətlə, böyük nifrət və etinasızlıqla karıxdırmaq onun xoşuna gəlirdi. Axı, özü də bilir ki, onsuz yaşaya bilmirəm. Bax, indi baronla baş verən tarixçədən sonra üç gün keçib, mənsə artıq ayrılığımıza dözə bilmirəm. Bayaq vağzalın yanında ona rast gələndə ürəyim elə bərk çırpındı ki, rəngim ağardı. Amma o da mənsiz yaşaya bilməz axı! Mən ona lazımam, həm də, – doğrudanmı, doğrudanmı, Balakirevin təlxəyi kimi? Onun sirri var – bu aydındı! Nənəsiylə söhbəti ürəyimə iynə kimi batdı. Axı onu dəfələrlə mənimlə səmimi olmağa çağırmışdım, axı uğrunda doğrudan da başımı verməyə hazır olduğumu bilirdi. Amma o, həmişə az qala nifrətlə yaxasını qurtarırdı, yaxud ona təklif elədiyim həyatımı qurban vermək əvəzinə, məndən o zaman baronla baş verən sayaq hərəkətlər tələb eləyirdi! Bəyəm, bu biabırçılıq deyilmi? |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling