Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
215 Doğrudanmı, bütün dünya ondan ötrü bu fransızdan ibarətdi? Bəs mister Astley? Amma burda artıq məsələ tamamilə anlaşılmaz olurdu, bununla belə, ilahi, mən necə əzab çəkirdim? Evə gəlib dəlisov hərəkətlə qələmi qapdım, ona yazdım: “Polina Aleksandrovna, mən aydın görürəm ki, düyünün açılmaq vaxtı çatdı, bu, əlbəttə, sizə də toxunacaq. Axırıncı dəfə təkrar eləyirəm: sizə mənim başım lazımdı, ya yox? Əgər heç olmazsa, nədən ötrüsə lazım gələcəksə, – göstəriş verin, mənsə hələlik öz otağımda otururam, hər halda, çox vaxt burdayam, heç yerə getməyəcəyəm. Lazım gəlsə, – onda məktub yazın, yaxud çağırın”. Saat yeddidə məni generalın yanına çağırdılar. O öz kabinetindəydi elə bil harasa getmək üçün geyinmişdi. Şlyapası və əl ağacı divanın üstündəydi. İçəri girəndə mənə elə gəldi ki, o, ayaqlarını aralı qoyub, başını aşağı salıb, otağın ortasında oturmuşdu, ucadan öz-özüylə nəsə danışırdı. Amma məni görən kimi, az qala qışqıra- qışqıra elə atıldı ki, istər-istəməz səndələdim, az qaldı qaçıb www.vivo-book.com 216 gedim; ancaq o, hər iki əlimdən yapışıb məni divana doğru dartdı.Özü divanda oturdu, məni düz qarşısındakı kresloda əyləşdirdi, əllərimi buraxmadan, dodaqları titrəyə-titrəyə, qəfildən kirpiklərindən parıldayan gözyaşlarıyla, yalvarıcı səslə dilləndi: – Aleksey İvanoviç, xilas eləyin, xilas eləyin, rəhminiz gəlsin! Mən uzun müddət heç nə başa düşə bilmədim; o elə hey danışır, danışır, danışır və təkrar eləyirdi: “Rəhminiz gəlsin, rəhminiz gəlsin!” Nəhayət, başa düşdüm ki, o məndən məsləhətə bənzər bir şey gözləyir; yaxud daha dəqiq desəm, hamının atdığı, qüssə və həyəcan içində olan general məni xatırlayıb, yalnız danışmaq, danışmaq, danışmaq üçün çağırıb. O çaşmışdı, ən azı, özünü əməlli-başlı itirmişdi. Əli-qolu yanına düşmüşdü, qabağımda diz üstə çökməyə hazır idi ki (siz necə fikirləşirsiniz?), elə indicə m-lle Blanche-nin yanına gedim, ondan geri qayıtmağı, ona ərə getməyi xahiş eləyim, insafa gətirim. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling