Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet110/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   106   107   108   109   110   111   112   113   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
221 
bağışlamayıb, cəzalandıracaq. Hə, əlvida. Marfuşa, məni 
dikəlt. 
Amma mən nənəni ötürmək istəyirdim. Bundan başqa, 
qəribə intizar içindəydim.Elə hey gözləyirdim, elə hey 
gözləyirdim ki, lap indicə nəsə baş verəcək. Otağımda otura 
bilmirdim. Dəhlizə çıxırdım, hətta bir dəqiqəliyə xiyabanda 
gəzməyə 
çıxdım. Mənim ona məktubum aydın, 
qətiyyətliydi, indiki qəzasa deyəsən, əlbəttə, sonuncuydu. 
Oteldə De-Qriyenin çıxıb getdiyini eşitdim. Nəhayət, o məni 
dost kimi rədd eləsə də, onda bəlkə nökər kimi rədd 
eləməyəcək. Axı, mən ona heç olmasa, buyruqçu kimi 
lazımam; hə, işinə yarayaram, başqa cür necə ola bilər, axı? 
Qatarın vaxtı çatanda perrona qaçıb, nənəni yerbəyer 
elədim. Hamısı xüsusi ailə vaqonuna yerləşdi. “Sağ ol, atam, 
təmənnasız mərhəmətinə görə, – o mənimlə vidalaşdı, – bir 
də Praskovyaya axşam ona dediklərimi çatdır – mən onu 
gözləyəcəyəm”. 
Evə getdim. Generalın nömrəsinin yanından keçəndə, 
dayəylə rastlaşıb generaldan xəbər tutdum. 


www.vivo-book.com 
222 
“O da pis deyil”, – dayə kefsiz halda cavab verdi. 
Amma mən içəri girdim, kabinetin qapısı ağzında tamamilə 
heyrət içində ayaq saxladım. M-lle Blanche və general bir-
birini qova-qova nə barədəsə danışıb-gülüşürdülər. Veuve 
Cominges elə burdaca divanda oturmuşdu. General, 
görünür, sevindiyindən ağlını itirmişdi, hər cür cəfəng şeylər 
hüdüləyib tökür, əsəbiliklə uzun-uzadı qəhqəhə çəkirdi.Bu 
gülüşdən sifətini saysız-hesabsız qırışlar bürüyürdü, gözləri 
də hardasa itib-batırdı. Sonra mən elə Blanche-nin özündən 
öyrəndim ki, o, knyazı qovub, generalın ağlamağından xəbər 
tutub, ona təskinlik verməyi fikirləşib, bir dəqiqəliyinə 
otağına gəlib. Amma bədbəxt general bilmirdi ki, bu 
dəqiqələrdə taleyi daha həll olunub, Blanche günü sabah, 
birinci sübh qatarıyla Parisə “uçmaq” üçün yır-yığış 
eləməyə başlayıb. 
Generalın kabinetinin kandarında ayaq saxlayıb, içəri 
girmək fikrindən daşındım və sezilmədən çıxdım. Öz 
otağıma qalxdım, qapını açıb, qəfildən yarımqaranlıqda 
küncdə, pəncərənin qabağındakı stulda oturmuş bir fiqur 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   106   107   108   109   110   111   112   113   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling