Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet113/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   109   110   111   112   113   114   115   116   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
228 
Məni sanki ildırım vurdu; yerimdə quruyub qalmışdım, 
gözlərimə, qulaqlarıma inanmırdım. Nolar, belə çıxır ki, o 
məni sevir! O, mister Astleyin yox, mənim yanıma gəlib! O, 
tək-tənha, qız xeylağı mənim oteldəki otağıma gəlib, belə 
çıxır ki, hamının yanında özünə ləkə gətirib, – mən də onun 
qarşısında durub, hələ başa düşmürəm!
Beynimdə bir dəli fikir çaxdı. 
– Polina! Mənə bircə saat vaxt ver! Burda bircə saat 
gözlə… qayıdacağam! Bu… bu lazımdı! Görərsən! Burda 
ol, burda ol!
Bunu deyib, onun təəccüb və sual dolu baxışlarına 
cavab vermədən otaqdan qaça-qaça çıxdım; o, arxamca nəsə 
qışqırdı, amma qayıtmadım. 
Bəli, bəzən ən dəlisov fikir, zahirən ən mümkünsüz 
fikir beynində o qədər bərk möhkəmlənir ki, onu axırda nəsə 
real bir şey kimi qəbul eləyirsən… Üstəlik, əgər fikir güclü, 
ehtiraslı arzuyla birləşirsə, onda bir daha nəhayət, qaçılmaz, 
labüd, qabaqcadan müəyyən olunmuş, artıq baş verməməsi 
mümkünsüz olan bir şey kimi qəbul eləyirsən! 


www.vivo-book.com 
229 
Ola bilsin, burda daha nəsə, öncəduyumların müəyyən 
uyğunluğu, hansısa qeyri-adi iradə qüvvəsi – öz fantaziyanla 
zəhərlənmə, yaxud daha nəsə var, – bilmirəm; amma bu 
axşam mənim başıma möcüzəli hadisə (ömrümdə heç vaxt 
unutmayacağım) gəldi. Bu hadisə riyazi cəhətdən tamamilə 
əsaslansa da, bununla belə – məndən ötrü indiyədək möcüzə 
olaraq qalır. Bir də bu inam onda və artıq belə çoxdan 
mənim qəlbimdə niyə belə möhkəm yuva qurdu? Deyəsən, 
doğrudu, mən bu barədə götür-qoy eləyirdim, – sizə təkrar 
deyirəm, – başqa hadisələrin sırasında ola biləcək (amma 
belə çıxır ki, həm də olmayacaq) hadisə kimi yox, belə bu 
cür artıq baş verməsi mümkünsüz olan hadisə kimi! 
Saat on birə on beş dəqiqə işləmişdi; mən vağzala heç 
zaman hiss eləmədiyim möhkəm ümid və həyəcanla girdim. 
beləsini. Oyun zallarında camaat səhərkindən iki dəfə az 
olsa da, hələ yetərincəydi. 
Saat on birdə oyun masalarının arxasında əsl fədakar 
oyunçular qalır, onlardan kurorta yalnız onun üçün gəliblər, 
ətrafda baş verənlərə o qədər də fikir vermirlər, bütün 
mövsüm ərzində də heç nəylə maraqlanmırlar, yalnız 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   109   110   111   112   113   114   115   116   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling