Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet115/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   111   112   113   114   115   116   117   118   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
232 
içində hiss elədim, dərhal da başa düşdüm ki, indi uduzmaq 
məndən ötrü nə deməkdi! Bütün həyatımı qumara 
qoymuşdum! 
– Rouge! – nəzarətçi qışqırdı, – mən nəfəsimi çəkdim, 
odlu qarışqalar bədənimə daraşdı. Mənimlə bank biletləriylə 
hesablaşdılar; deyəsən, artıq cəmi dörd min florinim, səksən 
fridrixsdörüm var! (Mən onda hələ hesaba nəzarət eləmək 
iqtidarındaydım.) 
Sonra yadıma gəlir, yenə on iki orta rəqəmə iki min 
florin qoyub uduzdum; qızıl pulumu, səksən fridrixsdör 
qoydum, uduzdum. Dəli oldum: olan-qalan iki min florinimi 
qapdım, on iki birinci rəqəmə qoydum – elə belə, bədbəxt, 
əbəs yerə, hesabsız-filansız! Bununla belə, bəlkə də m-me 
Blanche Parisdə hava şarından yerə uçanda keçirdiyi 
təəssürata oxşayan təəssürat intizarında olduğum bir an 
varıydı. 
– Quatre! – nəzarətçi qışqırdı. Cəmi-cümlətanı əvvəlki 
qoyuluşla birlikdə yenə altı min florin alındı. Mən artıq 
özümü fateh kimi aparırdım, daha heç nədən qorxmurdum, 
dörd min florini qara rəqəmə atdım. Nəzarətçilər baxışdılar 


www.vivo-book.com 
233 
və 
öz aralarında danışdılar. Hər tərəfdə danışır, 
gözləyirdilər. 
Qara çıxdı. Daha burda nə hesabı bilirdim, nə də 
qoyuluşlarımın 
qaydasını. 
Yalnız 
yuxudakısayaq 
xatırlayıram ki, deyəsən, artıq on altı min florin udmuşam; 
qəfildən üç nəhs zərbə ilə o pulların on iki minini buraxdım; 
sonra axırıncı dörd mini “passe”yə (amma bu zaman artıq 
heç nə hiss eləmirdim; nəsə elə belə, fikirsiz-zadsız 
gözləyirdim) qoydum, yenə uddum. Yalnız onu xatırlayıram 
ki, min florinlərlə pul götürdüm; onu da yadıma salıram ki, 
hamısından çox mənim bağlandığım on iki orta rəqəm 
çıxırdı. Bu rəqəmlər qəribə tərzdə müntəzəm peyda 
olurdular – mütləq üç-dörd dəfə dalbadal çıxırdılar, sonra iki 
dəfə yox olurdular, sonra yenə üç, ya dörd dəfə dalbadal geri 
qayıdırdılar. Bu heyrətamiz müntəzəmlik bəzən zolaqlarla 
rast gəlir – bax, elə bu da əllərində karandaş hesablayan 
yazı-pozu oyunçularını çaşdırır. Bəzən də burada taleyin elə 
dəhşətli istehzaları baş verir ki! 
Məncə, 
gəlişimdən 
yarım saatdan artıq vaxt 
keçməmişdi. Qəfildən nəzarətçi məni xəbərdar elədi ki, otuz 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   111   112   113   114   115   116   117   118   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling