Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
248 Hətta mənim yanıma gəlməyi qət elədiyi ümidsizliyiydimi? Mən ona xoşbəxtliyimdən lovğalandığımı, əslindəsə, lap De- Qriye kimi, əlli min frank bağışlayıb, ondan aralanmaq istədiyimi göstərmirdimmi? Amma belə bir şey yox idi, axı mən öz vicdanıma bel bağlayıram. Məncə, müəyyən qədər burda onun şöhrətpərəstliyi ona mənə inanmamağı, alçaltmağı diktə eləyirdi; bununla belə, ola bilsin, bütün bunların hamısı onun özünə də aydın deyildi. Belə olan halda, mən əlbəttə, De-Qriyenin əvəzinə cavab verdim, bəlkə o qədər də böyük günah işlətmədən günahkar oldum. Düzü, bütün bunların hamısı yalnız sayıqlamaydı; o da doğruydu ki, onun sayıqladığını bilirdim və… bu vəziyyətdə fikir verməmişdim. Ola bilsin o, indi bunu mənə bağışlamayacaq? Hə, amma bu indidi; bəs onda, onda? Axı onun sayıqlaması və xəstəliyi o qədər də güclü deyildi ki, əlində De-Qriyenin məktubu mənim yanıma gələ- gələ, nə elədiyini tamam-kamal unudaydı? Deməli, o nə elədiyini bilirdi. Bütün kağızlarımı, qızıl qalağımı necə gəldi, tələm- tələsik yatağa basdım, üstünü örtdüm və Polinadan on www.vivo-book.com 249 dəqiqə sonra çıxdım. Əminiydim ki, o, evə qaçıb gedib, sakitcə yanına getmək, dəhlizdə dayədən xanımın səhhəti barədə xəbər tutmaq istəyirdim. Pilləkəndə rastlaşdığım dayədən Polinanın hələ evə qayıtmadığını, dayənin özünün onun arxasınca mənim yanıma getdiyini öyrənəndə lap heyrətləndim. – İndicə, – ona deyirdim, – lap indicə on dəqiqə bundan əvvəl mənim yanımdan çıxdı, hara gedə bilərdi, axı? Dayə mənə töhmətli nəzərlərlə baxırdı. Bu müddət ərzində artıq otelə yayılan əməlli-başlı əhvalat baş vermişdi. Şveysarların otağında, ober-kelnerin yanında pıçıldaşırdılar ki, freyleyn səhər saat beşdə yağışın altında qaça-qaça oteldən çıxıb, yüyürə-yüyürə hotelə, d’Angleterre tərəfə yollanıb. Onları sözlərindən və eyhamlarından sezdim ki, artıq Polinanın bütün gecəni mənim otağımda keçirdiyini bilirlər. Eyni zamanda artıq bütün general ailəsi barədə söz- söhbət gedirdi; məlum oldu ki, general dünən dəli olubmuş və ağlamaqdan səsi oteli başına götürübmüş. Həm də danışırdılar ki, gələn nənə onun anasıymış, sonra Rusiyanın özündən oğluna m-lle de Comingeslə |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling