Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet125/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   121   122   123   124   125   126   127   128   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
252 
– Amma onu müalicə etdirmək lazımdı axı mister 
Astley. 
– Bəs necə, mən artıq həkim çağırmışam, əgər o ölsə, 
onda siz onun ölümünə görə cavab verəcəksiniz.
Mən heyrətləndim:
– Rəhm eləyin, mister Astley, siz nə istəyirsiniz? 
– Doğrudumu ki, dünən iki yüz min taler udmusunuz? 
– Cəmi-cümlətanı yüz min florin. 
– Bax, görürsünüz! Beləliklə, bu gün səhər çıxıb gedin 
Parisə. 
– Niyə? 
– Bütün ruslar pulları olanda, Parisə gedirlər, – mister 
Astley elə səslə, elə tərzdə izah elədi ki, elə bil bunu 
kitabdan oxuyurdu. 
– İndi yayda Parisdə neyləyəcəyəm? Mən oranı 
sevirəm, mister Astley! Özünüz bilirsiniz. 
– Doğrudanmı? Mən əminəm ki, yox. Üstəlik də, burda 
qalıb, yəqin ki, hamısını uduzacaqsınız, Parisə getməyə də 
pulunuz olmayacaq. Amma əlvida, mən tamamilə əminəm 
ki, siz bu gün Parisə gedəcəksiniz. 


www.vivo-book.com 
253 
– Yaxşı, əlvida, ancaq mən Parisə getməyəcəyəm. 
Mister Astley, indi bizim başımıza nə gələcəyi barədə 
fikirləşin. Bir sözlə, general… indi də miss Polinayla bu 
macəra, – axı bu, bütün şəhərə yayılacaq. 
– Hə, bütün şəhərə yayılacaq; generalsa, məncə, bu 
barədə fikirləşmir, bu onun vecinə də deyil. Üstəlik də miss 
Polina harda istəsə, orda dayaşmaq hüququna malikdir. Bu 
ailə barədəsə belə demək düzgündü ki, artıq bu cür ailə 
möcud deyil. Mən gedirdim, bu ingilisin Parisə 
yollanacağımla bağlı qəribə əminliyinə də gülürdüm. 
“Amma o məni dueldə öldürmək istəyir, – fikirləşirdim, – 
mademoiselle Polinaya yazığım gəlirdi, amma qəribəydi – 
dünən oyun masasına toxunduğum, pul dəstlərini 
götürdüyüm həmin dəqiqədən, elə bil, sevgim ikinci plana 
keçmişdi. Bunu indi deyirəm; amma onda hələ bütün 
bunların hamısını aydın hiss eləmirdim. Doğrudanmı, mən 
əsl oyunçuyam, doğrudanmı mən Polinanı həqiqətən… belə 
qəribə tərzdə sevmişəm? Yox, onu indiyədək sevirəm, Allah 
şahiddi! Ondasa mister Astleyin yanından çıxıb evə 
gedəndəsə səmimi əzab çəkir, özümü günahlandırırdım”, 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   121   122   123   124   125   126   127   128   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling