Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet122/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   118   119   120   121   122   123   124   125   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
246 
onda baronun yanında necə gülməli görünürdün; mən 
oturacaqdan ikinizə də baxırdım; o vaxt səni göndərəndə 
necə də getmək istəmirdin. Onda necə güldüm, onda necə 
güldüm, – qəhqəhə çəkə-çəkə əlavə elədi. 
Gözlənilmədən də yenə məni öpür, qucaqlayırdı, yenə 
üzünü ehtiras və navəzişlə üzümə söykəyirdi. Artıq heç nə 
fikirləşmir, heç nə eşitmirdim. Başım hərlənirdi… 
Məncə, özümə gələndə, səhər saat yeddiyə qalırdı; 
günəş işığı otağa düşürdü; Polina böyrümdə oturmuşdu elə 
bil anlaşılmaz zülmətdən çıxa-çıxa, xatirələrini bir yerə 
yığa-yığa qəribə tərzdə ətrafa baxırdı. O da indicə ayılmışdı, 
diqqətlə masaya, pullara baxırdı. Başım ağırlaşmışdı, 
ağrıyırdı. Polinanın əlindən tutmaq istədim; qəfildən məni 
itələdi və divandan sıçrayıb qalxdı. Başlayan gün aydın 
havalıydı, dan yeri sökülməmişdən qabaq yağış yağmışdı. O, 
pəncərəyə yaxınlaşıb açdı, dirsəklərini pəncərənin altlığına 
qoyub əllərinə söykəndi, başını və sinəsini çölə çıxartdı, 
üzünü mənə sarı çevirmədən, ona nə dediyimi eşitmədən üç 
dəqiqə beləcə durdu. Dəhşət içində ağlıma gəldi: indi nə 
olacaq, bunun axırı nəylə qurtaracaq.


www.vivo-book.com 
247 
Qəfildən o, pəncərədən qalxdı, masaya yaxınlaşdı, 
mənə hədsiz nifrətlə baxa-baxa, qəzəbdən titrəyən 
dodaqlarıyla dilləndi: 
– Yaxşı, indisə əlli min frankımı mənə ver! 
– Polina, yenə, yenə! – təzədən başlamaq istədim. 
– Yoxsa fikrindən dönübsən? Ha, ha, ha! Yoxsa daha 
heyfin gəlir? 
Hələ axşam sayılmış iyirmi beş min florin masanın 
üstündə dururdu; pulu götürüb ona verdim. 
– Deməli, artıq bu pullar mənimdi? Belədi, hə? Belədi? 
– pulu əlində tutub hiddətlə soruşurdu. 
– Hə, o pullar həmişə sənin olub, – dedim. 
– Yaxşı al, bu da sənin əlli min frankın! – O qolaylanıb, 
pulları mənə atdı. Dəstə zərblə sifətimə dəyib döşəməyə 
səpələndi. Polina bunu eləyib, qaça-qaça otaqdan çıxdı.
Bilirəm, əlbəttə, həmin dəqiqə onun ağlı başında 
deyildi, bununla belə, həmin müvəqqəti ağılsızlığı da başa 
düşmürəm. Düzdü, o, hələ indiyə qədər, üstündən bir ay 
keçəndən sonra da xəstədi. Amma bu vəziyyətin, başlıcasısa, 
bu hərəkətin səbəbi nəydi? Təhqir olunmuş vüqarıydımı? 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   118   119   120   121   122   123   124   125   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling