Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet120/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   116   117   118   119   120   121   122   123   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
242 
– Sizin pullarınızı götürmərəm, – nifrətlə dilləndi. 
– Necə? Bu, nə deməkdi? – qışqırdım. – Polina, niyə 
axı? 
– Havayı pul götürmürəm. 
– Sizə dost kimi təklif eləyirəm; mən sizə həyatımı 
təklif eləyirəm.
O mənə uzun-uzadı, sınayıcı nəzərlərlə baxdı, elə bil 
baxışlarıyla bədənimi dəlmək istəyirdi. 
– Çox verirsiniz, – istehzayla gülümsünüb dilləndi. – 
De-Qriyenin məşuqəsi əlli min franka dəymir. 
– Polina, niyə mənimlə belə danışırsınız? – töhmətlə 
qışqırdım. – Bəyəm, mən De-Qriyeyəm? 
– Mən sizə nifrət eləyirəm! Hə… hə!.. Mən sizi De-
Qriyedən çox sevmirəm, – o qəfildən gözlərini parıldada-
parıldada qışqırdı. Bu vaxt birdən əlləriylə üzünü qapayıb 
haldan-təbdən çıxdı. Mən ona sarı atıldım. Başa düşdüm ki, 
mənsiz başına nəsə gəlib. Elə bil ağlını tamam itirmişdi. 
– Satın al məni! İstəyirsən? İstəyirsən? De-Qriye kimi 
əlli min franka? – səsi titrək hönkürtülərlə çıxırdı. Onu 


www.vivo-book.com 
243 
qucaqladım, əllərini, ayaqlarını öpdüm, öpdüm, qabağında 
diz çökdüm. 
Əsəb tutması ötüb keçirdi. O, hər iki əlini çiynimə 
qoydu və diqqətlə məni gözdən keçirdi; deyəsən, üzümdə 
nəsə oxumaq istəyirdi. Məni eşidirdi, amma görünür, ona nə 
dediyimi dərk eləmirdi. Üzündə qəribə qayğı və ifadə peyda 
olmuşdu. Mən ondan ötrü qorxurdum; qəti bu fikirdəydim 
ki, ağlını itirməyə başlayıb. Gah qəfildən məni özünə sarı 
çəkirdi –üzündə sadəlövh təbəssüm dolaşırdı – gah da 
qəfildən geri itələyirdi və yenə tutqun baxışlarla məni 
nəzərdən keçirməyə başlayırdı. Qəfildən cumub məni 
qucaqladı. 
– Axı sən məni sevirsən, sevirsən? – deyirdi. – Axı sən, 
axı sən… məndən ötrü baronla dalaşmaq istəyirdin! – 
qəfildən qəhqəhə çəkib güldü, elə bil birdən yaddaşında nəsə 
gülməli və məhrəm bir şey peyda oldu… O, eyni vaxtda 
həm gülürdü, həm ağlayırdı. Yaxşı, mən nə eləyə bilərdim? 
Özüm sanki qızdırma içindəydim. Yadımdadı, mənə nəsə 
danışmağa başlayırdı, amma demək olar ki, heç nə başa düşə 
bilmirdim. Bu anlaşılmaz sayıqlama, anlaşılmaz danışığıydı 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   116   117   118   119   120   121   122   123   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling