Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet116/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   112   113   114   115   116   117   118   119   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
234 
min florin udmuşam, banksa bir dəfəyə bundan çox pul 
ödəmir, deyəsən, ruletkanı səhərəcən bağlayacağıq.
Mən bütün qızıllarımı qapdım, onları ciblərimə 
doldurdum, bütün kağız pulları götürdüm, o dəqiqə də 
ruletka olan başqa masaya, ayrı zala keçdim, kütlə tamam 
dalımca axışdı; orda dərhal mənə yer təmizlədilər, yenə əbəs 
yerə hesablamadan pul qoymağa başladım. Başa düşmürəm, 
məni nə xilas elədi! 
Bununla 
belə, 
hərdənbir 
beynimdə 
haqq-hesab 
dolaşmağa başlayırdı. Başqa rəqəmlərə, şanslara uyurdum, 
lakin tezliklə onları bir tərəfə qoyurdum, yenə demək olar, 
şüursuz halda pul atırdım. Ola bilsin, çox fikirli idim; 
yadımdadır ki, nəzarətçilər bir neçə dəfə oyunuma düzəliş 
elədilər. Mən kobud səhvlər buraxırdım. Gicgahlarım tərdən 
islanmışdı, əllərim titrəyirdi. Polyakcığazlar da xidmət 
göstərmək üçün üstümə atıldılar.Fəqət mən kimsəni 
eşitmirdim. Xoşbəxtlik ara vermirdi! Qəfildən ətrafımda 
ucadan danışıq və gülüş qopdu: “Bravo, bravo!” hamı 
qışqırırdı, bəziləri hətta əl çaldı. Mən burdan da otuz min 
florin uddum. Bankı yenə səhərəcən bağladılar! 


www.vivo-book.com 
235 
– Çıxın gedin, çıxın gedin, – sağ tərəfimdən kiminsə 
səsi qulağıma pıçıldayırdı. Bu tanımadığım Frankfurt 
cuhuduydu; o, həmişə böyrümdə dururdu, deyəsən, bəzən 
oyunda kömək eləyirdi. 
– Allah xətrinə, çıxın gedin, – sol qulağıma başqa bir 
səs pıçıldadı. Gözümün ucuyla baxdım. Çox ciddi, gözəl 
geyinmiş otuz yaşına yaxın, qəribə ağrılı-solğun, yorğun 
üzlü, amma indi də əvvəlki əsrarəngiz gözəlliyini qoruyan 
xanım idi. Həmin dəqiqələrdə mən necə gəldi, bürmələdiyim 
kağız pullarla ciblərimi doldurur, masanın üstündə qalmış 
qızılları 
yığışdırırdım. 
Əlli 
fridrixsdörün 
axırıncı 
bağlamasını qapıb, tamam hiss olunmadan solğun üzlü 
qadının ovcuna basmağa macal tapdım; onda bu işi tutmağı 
dəhşətli dərəcədə istəmişdim, yadımdadı, onun nazik, arıq 
barmaqları qızğın minnətdarlıq əlaməti olaraq əlimdən 
yapışdı. Bütün bunların hamısı bir göz qırpımında baş verdi. 
Hamısını yığışdırıb, cəld trente et quaranteyə keçdim. 
Trente et quarantenin arxasında kübar cəmiyyət oturur. 
Bunlar ruletka yox, kartdı. Burda bank bir dəfəyə yüz min 
taler ödəyə bilir. Burda da ən çox qoyuluş dörd min florindi. 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   112   113   114   115   116   117   118   119   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling