Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
238 bu axşam yüz min florin udmuşam! Axı bundan artığı nəyimə lazımdı? Pulların üstünə atıldım, büküb cibimə soxdum, bütün qızıllarımı bağlamalarımı saymadan kürüdüm, vağzaldan qaça-qaça çıxdım. Mən zallardan keçəndə ətrafımdakıların hamısı şişmiş ciblərimə, qızılın ağırlığından yöndəmsiz yerişimə baxıb gülüşürdülər. Məncə, pulların çəkisi yarım puddan xeyli çoxuydu. Bir neçə əl mənə sarı uzandı; çəngə-çəngə, ovcum nə qədər tutur paylayırdım. İki cuhud çıxışda qabağımı kəsdi. – Siz cəsarətlisiniz! Siz çox cəsarətlisiniz! – mənə dedilər, – amma sabah səhər mütləq çıxıb gedin, mümkün qədər tez, yoxsa hamısını, hamısını uduzacaqsınız… Onlara qulaq asmadım. Xiyaban qaranlığıydı, elə qaranlığıydı ki, öz əllərini seçmək mümkün deyildi. Otelə qədər yarım verstəcən olardı. Heç zaman, hətta azacıq da olsa, nə oğrulardan, nə quldurlardan qorxmuşdum: indi də onlar barədə fikirləşmirdim. Yeri gəlmişkən, yolboyu nə haqda fikirləşdiyimi xatırlamıram; fikir yoxuydu. Yalnız anlaşılmaz dəhşətli nəşə – uğurun, qələbənin, qüdrətin – bilmirəm, necə ifadə eləyim – duyurdum. Qarşımda www.vivo-book.com 239 Polinanın obrazı görünüb, yox olurdu; xatırlayırdım, dərk eləyirdim ki, onun yanına gedirəm, indi onunla görüşəcəyəm, ona danışacağam, göstərəcəyəm… amma artıq bir az qabaq mənə nə dediyini də, nəyə görə getdiyimi də güclə xatırlayırdım, cəmi saat yarım əvvəl olan həmin bayaqkı duyğular indi daha məndən ötrü nəsə çoxdan ötüb- keçmiş, düzəliş edilmiş, köhnəlmiş görünürdü – artıq bunları bir daha xatırlayacağıq, ona görə indi hər şey təzədən başlayacaq. Xiyabanın az qala lap qurtaracağında məni qəfildən qorxu bürüdü: “Əgər indi məni soysalar, öldürsələr, nə olar?” Hər addım atdıqca qorxum ikiqat artırdı. Demək olar ki, qaçırdım. Qəfildən xiyabanın sonunda saysız- hesabsız lampalarla işıqlandırılmış otelimiz göründü, – Allah, sənə çox şükür: evdəyəm! Yaşadığım mərtəbəyəcən qaçdım, cəld qapını açdım. Polina burdaydı, mənim divanımda, yandırılmış şamın qarşısında əlləri qoynunda oturmuşdu. O, heyrətlə mənə baxdı, əlbəttə, bu dəqiqələrdə yetərincə qəribə görkəmim varıydı. Mən qabağında dayandım, bütün pul dəstlərimi masanın üstünə atmağa başladım. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling