www.vivo-book.com
251
– Bəs, siz necə… siz onu öz yanınızda
saxlamaq
niyyətindəsiniz?
– Bəs necə.Məhz bu fikirdəyəm.
– Mister Astley, bu, qalmaqal yaradacaq; belə iş tutmaq
olmaz. Üstəlik də o, əməlli-başlı xəstədi.Bəlkə siz
sezməmisiniz?
– Əlbəttə sezmişəm, sizə də artıq
dedim ki, o xəstədi.
Əgər xəstə olmasaydı, gecəni sizin yanınızda keçirməzdi.
– Deməli, bunu da bilirsiniz?
– Bunu bilirəm. O, dünən bura gəlirdi, mən də onu
qohumumgilə aparardım, amma xəstə olduğundan səhv
eləyib, sizin yanınıza gəlib.
– Bir işə baxın! Yaxşı, sizi təbrik eləyirəm,
mister
Astley. Yeri gəlmişkən, siz mənə ideya verirsiniz: bütün
gecəni pəncərəmizin altında durmamısınızmı?
Miss Polina
bütün gecəni məni pəncərəni açıb baxmağa məcbur eləyirdi
ki, görüm siz pəncərənin altında durursunuzmu, dəli kimi də
gülürdü.
– Doğrudanmı? Yox, pəncərənin altında durmurdum;
amma dəhlizdə dayanmışdım, ətrafda gəzişirdim.