Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
265 ölgün halda “Chateau des Fluers”ə 106 gedirdim, burda müntəzəm, hər axşam doyunca içirdim və kankan 107 öyrənirdim (bunu orda həddən artıq pis oynayırlar), axırda hətta bu sahədə məşhurlaşdım. Nəhayət, Blanche məni dişlədi: o, nəsə əvvəlcədən özündən ötrü ideya quraşdırmışdı ki, birgə yaşadığımız bütün müddət ərzində mən əlimdə qələm-kağız arxasınca gəzəcəyəm, hesablayacağam ki, nə qədər xərcləyib, nə qədər oğurlayıb, nə qədər xərcləyəcək, hələ nə qədər də oğurlayacaq? Əlbəttə, əminiydi ki, hər on frank üçün döyüşəcək. Onun qabaqcadan ehtimal elədiyi hər etiraza hazırıydı; amma məndən heç cür hücum görmədiyindən, birinci az qala özü etiraz eləməyə başlamışdı. Özgə vaxt qızğın-qızğın başlayır, amma mənim susduğumu görəndə – əksərən qatlama çarpayıda uzanıb tavana baxa-baxa – hətta axırda təəccüblənirdi. Əvvəlcə fikirləşdi ki, mən sadəcə, axmağam, “un ounchitel”-əm, güman ki, öz-özünə: “Axı o, axmaqdı; hər halda özü başa 106 “Çiçəklər qəsri” – frans. 107 Nalayiq bədən hərəkətlərilə oynanan fransız rəqsi – tərc. www.vivo-book.com 266 düşmür, onun üstünə düşməyin xeyri yoxdu”. Fikirləşib, sadəcə, izahına ara verirdi. Bəzən çıxıb gedirdi, amma on dəqiqədən sonra yenə geri qayıdırdı (bu onun ən coşqun, bizim vəsaitimizə tamamilə uyğun gəlməyən bədxərclikləri zamanı baş verirdi: məsələn, o, atları dəyişib, bir cütünü on altı min franka alıb). – Hə, necəsən, Bibi, incimirsən? – o mənə yaxın gəldi. – Yo-o-ox! Bezmi-ş-ə-əm! – onu əlimlə özümdən aralayıb deyirdim, amma bu ondan ötrü elə maraqlıydı ki, dərhal böyrümdə otururdu. – Görürsən, əgər bu qədər pul verməyi qərara almışamsa, bunu ona görə eləmişəm ki, onları təsadüfən satırdılar. Atları təzədən iyirmi min franka satmaq olar. – İnanıram, inanıram.Gözəl atlardı.İndi sən də yaxşı at minirsən.Lazım olar.Hə, bəsdi. – Deməli, incimirsən? – Nəyə görə axı? Sən ağıllı iş görürsən ki, özün üçün bir para lazımlı şeylərin ehtiyatını tutursan. Bütün bunlar sonra lazımın olacaq. Görürsən ki, sən, doğrudan da, bu cür |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling