Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet111/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   107   108   109   110   111   112   113   114   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
223 
gördüm. Mən içəri girəndə o ayağa qalxmadı. Cəld 
yaxınlaşıb, baxdım.Nəfəsim kəsildi: bu Polinaydı!
XIV FƏSİL
Mən, doğrudan da, qışqırdım. 
– Nədi, axı? Nədi, axı? – o, qəribə tərzdə soruşurdu. 
Rəngi solğunuydu, tutqun nəzərlərlə baxırdı. 
– Necə ola bilər axı? Siz? Burda mənim otağımdasınız? 
– Əgər mən gəlirəmsə, onda deməli, birdəfəlik gəlirəm. 
Bu mənim adətimdi. Bunu indi görəcəksiniz: şamı yandırın.
Şamı yandırdım. O qalxdı, masaya yaxınlaşıb qarşıma 
ağzı açılmış məktub qoydu. 
– Oxuyun, – göstəriş verdi. 


www.vivo-book.com 
224 
– Bu, bu De-Qriyenin işidi! – məktubu qapıb 
səsləndim. Əllərim əsirdi, sətirlər də gözlərimin qabağında 
atılıb-düşürdü. Məktubun dəqiq yazılışını unutmuşam, 
amma bax, budur, sözbəsöz olmasa da, hər halda, 
fikirbəfikir belədi: 
“Mademoiselle, – De-Qriye yazırdı, – əlverişsiz 
vəziyyət məni dərhal çıxıb getməyə məcbur eləyir. Əlbəttə, 
özünüz sezdiniz ki, mən bütün vəziyyət aydınlaşanacan 
sizinlə qəti söhbətdən qaçırdım. Sizin qoca qohumunuzun 
(de la Vielle dame) gəlişi, onun mənasız hərəkəti mənim 
bütün anlaşılmazlıqlarıma son qoydu. İşlərimin xüsusi 
pəjmürdəliyi bundan sonra müəyyən müddət zövq almağı 
özümə rəva gördüyüm şirin ümidləri axıracan səsləməyə 
imkan vermir. Olub-keçənlərə təəssüflənirəm, amma 
ümidvaram ki, siz mənim hərəkətimdə abırlı adama
83
layiq 
olmayan heç bir şey axtarmayacaqsınız. Demək olar, bütün 
pullarımı atalığınıza borc verib əldən buraxmışam.Yeganə 
83
Gentilhomme et honette home – zadəgana və abırlı 
adama – frans.


www.vivo-book.com 
225 
çıxış yolundan istifadə eləmək məcburiyyətində qalmışam: 
artıq Peterburqdakı dostlarıma xəbər vermişəm ki, mənə 
girov qoyulmuş əmlakın dərhal satılmasına sərəncam 
versinlər; amma yüngülbeyin atanızın sizin şəxsi pulunuzu 
xərclədiyini bildiyimdən, əlli min frankı ona keçməyi qərar 
aldım.Bu məbləğdə girov qoyduqlarının bir hissəsini geri 
qaytarıram.Beləliklə, 
siz 
indi 
malikanəni 
məhkəmə 
vasitəsilə tələb etməklə itirdiklərinizin hamısını geri 
qaytarmaq imkanı qazanırsınız. Mademoiselle, ümid 
eləyirəm ki, işlərin indiki vəziyyətində mənim addımım 
sizdən ötrü tamamilə sərfəli olacaq. Ona da ümid eləyirəm 
ki, bu hərəkətimlə mən tamamilə namuslu, xeyirxah adam 
kimi öz vəzifəmi yerinə yetirirəm. Əmin olun ki, sizin 
xatirəniz qəlbimdə əbədi qalacaq”. 
– Nolar, bunların hamısı aydındı, – Polinaya üzümü 
tutub dedim, – doğrudanmı, siz başqa bir şey gözləyə 
bilərdiniz? – təəccüblə əlavə elədim. 
– Mən heç bir şey gözləmirdim, – o, sakit cavab versə 
də, səsi nəsə titrəyirdi; – hər şeyi çoxdan gözümün altına 
almışdım; onun fikirlərini oxuyurdum və nə fikirləşdiyini 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   107   108   109   110   111   112   113   114   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling