Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
219 Belə adamla neynəmək olardı?Onu tək qoymaq da təhlükəliydi; güman ki, başına bir iş gələrdi. Bununla belə, ondan birtəhər canımı qurtardım, amma dayəni xəbərdar elədim ki, ona tez-tez baş çəksin, üstəlik bundan başqa çox ciddi oğlan olan dəhliz xidmətçisiylə danışdım; o da öz tərəfindən generala göz qoyacağına məni əmin elədi. Yenicə generalı tərk eləmişdim ki, Potapıç məni nənənin yanına çağırmağa gəldi. Saat səkkiziydi, o, tamam- kamal uduzandan sonra vağzaldan təzəcə qayıtmışdı. Mən onun yanına yollandım: qarı tamamilə əldən düşmüş görünürdü və xəstə halda kresloda oturmuşdu. Marfa ona bir fincan çay verdi, demək olar, zorla içməyə məcbur elədi. Nənənin səsi də, danışıq tərzi də açıq-aşkar dəyişmişdi. – Salam, Aleksey İvanoviç, atam, – o, asta-asta, başını vüqarla əyə-əyə dedi, – bağışlayın ki, bir də narahat elədim, qocalığıma keçin. Mən, hər şeyi orda qoydum, demək olar, yüz min rubl. Dünən mənimlə getmədiyinə görə, sən haqlıydın. İndi pulsuzam, bir qəpiyim də yoxdu. Bir dəqiqə belə ləngimək istəmirəm, doqquzun yarısında da gedəcəyəm. Sənin bu ingilisinin, Astleydimi, nədi, yanına www.vivo-book.com 220 birhəftəliyə üç min frank xahiş eləməyə adam göndərmişəm. Sən onu inandır ki, ağlına başqa şey gəlməsin, imtina eləməsin. Mən, hələ yetərincə varlıyam. Mənim üç kəndim, iki evim var. Üstəlik, hələ pul da tapılar, hamısını özümlə götürməmişəm. Bunu ona görə deyirəm ki, o, tələm-tələsik şübhələnməsin. Aha, bax, bu da özü! Yaxşı insan olduğu görünür. Mister Astley nənənin ilk çağırışındanca yanına tələsmişdi. Azacıq fikirləşmədən, çox danışmadan o, dərhal nənənin də imzaladığı borc kağızıyla üç min frank saydı. İşini qurtarıb, təzim elədi, çıxıb getməyə tələsdi. – İndisə, sən də tələs, Aleksey İvanoviç. Bir saatdan azca çox qalıb.Uzanmaq istəyirəm, sümüklərim ağrıyır. Mənə, qoca sarsağa acığın tutmasın. İndi daha cavanları yüngülbeyinlikdə günahlandırmayacağam, üstəlik, o bədbəxti, sizin generalınızı belə mühakimə eləmək də məndən ötrü günahdı. Düzdü, ona istədiyi kimi pul verməyəcəyəm, ona görə ki, məncə, o, həddən artıq kütbeyindi.Ancaq mən də, qoca axmaq da ondan ağıllı deyiləm. Allah haqdı, qocalıqda hədsiz lovğalığı |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling