Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
207 yaradı: dərhal vağzalın yaxınlığındakı nahar zalına qaçdı, ona bir fincan ət suyu, sonra da çay gətirdi. Amma burası da var ki, hər ikisi qaçırdılar. Günün axırında artıq onun son əsginazını uduzduğu hamıya məlum olanda qarının masasının arxasında əvvəl görünməmiş, eşidilməmiş altıya qədər polyakcığaz dururdu. Nənə artıq axırıncı qəpiklərini uduzanda, onların hamısı daha ona nəinki qulaq asmırdılar, hətta veclərinə də almırdılar, masanın üstündən düz qarıya həmlə eləyirdilər, özləri pulu qapırdılar, özləri hökm verir və qoyurdular, öz aralarında həyasızlığa görə təkəbbürlü panla danışa-danışa mübahisə eləyib, qışqırırdılar, təkəbbürlü pansa az qala hətta nənənin varlığını da unutmuşdu. Üstəlik, tamam uduzmuş nənə saat səkkizdə otelə qayıdanda burda da üç, yaxud dörd polyakcığaz hələ də ondan əl çəkmək istəmirdi, nənənin onları nədəsə doladığına, nəsə verməli olduğuna, tələm-tələsik inandıra-inandıra, var gücləriylə qışqıra-qışqıra kreslonun ətrafında o tərəf-bu tərəfə qaçışırdılar. Beləcə, düz oteləcən getdilər, ordan nəhayət, polyakcığazları itələyib qovdular. www.vivo-book.com 208 Potapıçın hesabına görə, dünən uduzduğu puldan başqa nənə bu gün cəmi doxsan min rubla qədər pul uduzmuşdu. Özünün bütün biletlərini – beş faizliklərini, faizli istiqrazlarını, üstündə olan bütün səhmlərini bir-birinin ardınca dəyişirdi. Mən onun bütün yeddi, yaxud səkkiz saatı kresloda otura-otura, demək olar, masadan aralanmadan necə dözdüyünə az qala təəccüblənmişdim, amma Potapıç danışırdı ki, o, üç dəfə həqiqətən yaxşı udmağa başlamışdı; amma təzədən ümidlə ruhlanmış qarı artıq aralana da bilmirdi. Bununla yanaşı, bütün bu gün ərzində bizim oteldə də tamamilə ciddi şeylər baş verdi. Hələ səhər, saat on birə qədər, nənə hələ evdə olanda bizimkilər, yəni general və De- Qriye az qala axırıncı addım atmağı qərara almışdılar. Öyrənəndə ki, çıxıb getmək barədə də fikirləşmir, əksinə, təzədən vağzala yollanır, onlar bütün konklavla 81 birlikdə (Polinadan başqa) qarıyla qəti, hətta açıq danışmaq üçün onun yanına gəldilər. Onun üçün dəhşətli nəticələr 81 Vatikanda Roma papasını seçən kardinallar şurası |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling