Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet102/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   98   99   100   101   102   103   104   105   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
205 
pulla 
doldurdular, 
onların 
necə 
vicdansızcasına 
oğurladıqlarını və dəqiqəbaşı ciblərinə soxduqlarını öz 
gözlərilə görürdü. Məsələn, nənədən zəhmətinə görə 
yalvarıb-yaxarıb beş fridrixsdör alır, həmin pulları dərhal da 
ruletkaya, nənənin pullarının yanına qoyurlar. Nənə udur, 
amma o qışqırır ki, udan özüdü, nənə uduzub. Onları 
qovanda Potapıç irəli durub məlumat verdi ki, cibləri qızıl 
pullarla doludu. Nənə dərhal da nəzarətçidən xahiş elədi ki, 
göstəriş versin, hər iki polyakcığaz nə qədər qışqırsalar da 
(elə bil, iki tutulmuş xoruzuydular) polis gəlib çıxdı, o 
dəqiqə hər ikisinin cibləri nənənin xeyrinə boşaldıldı. Nənə 
hələ uduzmamışdı, bütün bu gün ərzində nəzarətçilərin və 
cəmi vağzal müdiriyyətinin yanında gözgörəsi nüfuz 
sahibiydi. Get-gedə onun şöhrəti bütün şəhərə yayılmışdı. 
Mineral suya gələnlərin hamısı, bütün millətlər, sadə 
adamlar, ən məşhurlar bu hadisədən xəbər tutur, artıq bir 
neçə milyon “uduzmuş” “une viille somtesse russe, tombee 
en enfanse”yə baxmaq üçün axışıb gəlirdilər. 
Amma nənə onu iki polyakcığazın əlindən almalarından 
az, çox az xeyir gördü. Onların əvəzində qarının xidmətinə 


www.vivo-book.com 
206 
üçüncü, artıq rusca kamil danışan, centlmensayağı geyinən, 
buna baxmayaraq, hər halda nökərə oxşayan iri bığlı, lovğa 
polyak peyda oldu. O da “qalağı pansayağı” öpürdü, 
“qalağın altına pansayağı uzanırdı”, amma ətrafdakılara 
münasibətdə özünü dikbaş aparırdı, qəddarcasına göstəriş 
verirdi, – bir sözlə, dərhal özünü nənənin nökəri yox, ağası 
kimi göstərdi. O, hər gedişlə dəqiqəbaşı qarıya müraciət 
eləyirdi, ən dəhşətli andlarla and içirdi ki, özü “təkəbbürlü” 
pandı, nənənin pullarından bir qəpik də götürməz. Bu 
andları elə tez-tez təkrarlayırdı ki, nənə əməlli-başlı 
qorxdu… 
Amma beləliklə, bu pan əvvəlcə, elə bil, onun oyununu 
düzəltdi, az qala udmuşdu, ona görə də nənə özü də artıq 
ondan əl çəkə bilmirdi. Bir saatdan sonra vağzaldan 
çıxarılmış hər iki polyakcığaz təzədən nənənin stulunun 
arxasında peyda oldular, təzədən öz xidmətlərini təklif 
elədilər... Potapıç Allaha and içirdi ki, “təkəbbürlü pan” 
onlara göz-qaş eləyirdi, hətta əllərinə nəsə ötürürdü. Beləcə, 
nənə nahar eləməmişdi, demək olar, kreslodan düşməmişdi, 
elə ona görə də doğrudan da polyakcığazlardan biri işə 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   98   99   100   101   102   103   104   105   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling