Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
147 qoşmayıb, mübahisəni davam etdirməkdən imtina eləyir və çıxıb gedir. Ancaq oğrunu ifşa etməyə macal tapılarsa, həmin dəqiqə oyundan çıxarırlar. Bütün bunların hamısına uzaqdan, qeyri-adi maraqla baxırdı. Oğruların oyundan çıxarılmaqları xoşuna gəldi. Trente et quarante onu o qədər də maraqlandırmadı; qarıya ruletka və hərəkət eləyən kürəcik daha xoş gəldi. Axır ki, oyuna yaxından göz qoymaq istədi. Başa düşmürəm, bu necə baş verdi, ancaq xidmətçilər, əl-ayağa düşən bəzi başqa agentlər (xüsusilə öz xidmətlərini xoşbəxt oyunçulara və bütün əcnəbilərə sırıyan uduzmuş polyaklar) dərhal bütün bu darısqallığa baxmayaraq, masanın lap ortasında, baş nəzarətçinin yanında nənəyə yer elədilər. Oynamayan, amma oyunu kənardan izləyən çoxlu tamaşaçı (əksəriyyəti ailəsiylə birlikdə olan ingilislər) oyunçuların arxasından nənəyə baxmaq üçün elə o saat masaya sarı sıxlaşdılar. Çoxlu gözlük ona tərəf döndü. Nəzarətçilərdə ümid yarandı: belə məzlum oyunçu elə bil, doğrudan da, nə isə qeyri-adi bir şey vəd eləyirdi. Yetmişyaşlı, ayağı şikəst qadın və oynamaq arzusu – əlbəttə, bu, adi hadisə deyildi. Mən də www.vivo-book.com 148 masaya yaxın durub nənənin yanında özümə yer elədim. General, Polina, De-Qriye və m-lle Blanche də bir tərəfdə,tamaşaçıların arasında yerləşdilər. Nənə əvvəlcə oyunçuları gözdən keçirməyə başladı. O mənə yarımpıçıltıyla kəskin, qırıq-qırıq suallar verirdi: bu kişi kimdi? Bu qadın kimdi? Masanın axırındakı çox böyük oyun oynayan, min franklarla pul atan, ətrafdakıların pıçıldadıqlarına görə qarşısında qızılla və bank biletləriylə qalaqlanmış qırx min frank pul udmuş çox cavan oğlan onun daha çox xoşuna gəldi. Oğlanın rəngi qaçmışdı; gözləri alışıb-yanır, əlləri titrəyirdi; sayıb eləmədən, ovcunun tutduğu qədər pul qoyurdu, bununla yanaşı, hey udur, udurdu. Xidmətçilər onun ətrafında vurnuxurdular, arxa tərəfdə kreslo qoyurdular ki oğlanın yeri rahat olsun, sıxışdırmasınlar deyə yan-yörəsini təmizləyirdilər – bütün bunları əməlli-başlı nəsə ummaq üçün eləyirdilər. Başqa oyunçular uduşdan onlara bəzən saymadan, elə-belə, sevincdən əlləri tutduğu qədər pul verirlər. Cavan oğlanın yanında artıq bir polyakcığaz özünə yer eləmişdi, var gücüylə vurnuxurdu və hörmətanə şəkildə, lakin ara |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling