Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
244 – elə bil nəyisə mənə tələm-tələsik danışmaq istəyirdi, – hərdənbir çox şən qəhqəhəylə kəsilən sayıqlama məni qorxutmağa başlayırdı. “Yox, yox, sən əzizimsən, əzizimsən! – təkrar eləyirdi. – Sən mənim sədaqətlimsən!” Sonra təzədən əllərini çiynimə qoyurdu, təzədən diqqətlə üzümə baxırdı, təkrarlamaqda davam eləyirdi. “Sən məni sevirsən… sevirsən… sevəcəksən!” Gözlərimi onun üzündən çəkmirdim; hələ bu vaxtadək onu belə nəvaziş və sevgi tutması içində görməmişdim: düzdü, bu, əlbəttə, sayıqlamaydı, amma mənim ehtiraslı baxışlarımı görüb, qəfildən naz-qəmzəylə gülümsəməyə başlayırdı; yerli-yersiz gözlənilmədən Mister Astley barədə danışırdı. Doğrusu, Mister Astley haqqında fasiləsiz (xüsusilə, bayaqdan demək istədiyim mənə güc gələndə) söz açırdı, amma məhz nə danışdığını mən o qədər də tuta bilmirdim; elə hey təkrar eləyirdi ki, o gözləyir… deyirdi, bilirəmmi ki, yəqin o, indi pəncərənin altında durur? “Hə, hə, pəncərənin altında, – hə, aç, bax, bax, o burdadı, burdadı!” O məni pəncərəyə doğru itələyirdi, amma mən getmək üçün hərəkətə gələn kimi gülməkdən uğunub gedirdi, mən www.vivo-book.com 245 də yanından aralanmırdım, o isə qucaqlamaq üçün üstümə atılırdı. – Çıxıb gedəcəyik? Axı, sabah çıxıb gedəcəyik? – qəfildən ağlına narahat fikir gəlirdi, – hə… (sonra fikrə gedirdi), yaxşı sən necə fikirləşirsən, nənəyə çatarıqmı? Məncə, Berlində çatarıq. Sən necə düşünürsən, biz ona çatanda, o bizi görəndə nə deyər? Bəs mister Astley?.. Yaxşı, bu Şlangenberqdən sıçrayıb çıxmaz? (Qəhqəhə çəkib güldü.) Hə, qulaq as; bilirsən, gələn yay hara gedəcək? O, elmi axtarışlar aparmaq üçün Şimal qütbünə getmək istəyir, məni də özüylə aparmaq istəyirdi, ha, ha, ha! O deyir ki, biz ruslar avropalılar olmadan heç nə bilmirik, heç nəyə də qabil deyilik… amma o da xeyirxahdı! Bilirsən, o, “generalı” bağışlayır; o deyir ki, Blanche… deyir ki, ehtiras, – eh, bilmirəm, bilmirəm, – qəfildən elə bil çaşdı və özünü itirib təkrar elədi. – Yazıqdılar onlar?Elə yazığım gəlir ki, nənəmə də… Yaxşı, qulaq as, qulaq as, De-Qriyeni harda öldürəcəksən! Ay gicbəsər! Doğrudanmı, fikirləşirsən ki, mən səni De-Qriyeylə dalaşmağa qoyaram? Sən heç baronu da öldürə bilməzsən, – qəfildən gülə-gülə əlavə elədi. – Of, |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling