www.vivo-book.com
240
XV FƏSİL
Yadımdadı, o həddən artıq diqqətlə, ancaq yerindən
tərpənmədən, hətta oturuşunu dəyişmədən üzümə baxırdı.
– Mən iki yüz min frank udmuşam, – axırıncı
bağlamanı atıb səsləndim. Kağız pulların, qızıl kisələrinin
böyük bir yığını bütün masanın üstünü tutdu, artıq onlardan
gözümü çəkə bilmirdim; bir neçə dəqiqə Polinanı tamamilə
unutdum. Gah kağız pullar dəstini çinləməyə başlayırdım,
onları bir yerə yığırdım, gah qızılları ümumi bir topa
eləyirdim; gah hamısını atıb cəld addımlarla otaqda
gəzirdim,
fikrə
gedirdim,
sonra
qəfildən
masaya
yaxınlaşırdım, təzədən pulları saymağa başlayırdım.
www.vivo-book.com
241
Qəfildən elə bil ayılıb qapıya doğru cumdum, tələsik örtüb
açarı iki dəfə burdum. Sonra fikir içində kiçik çamadanımın
qarşısında ayaq saxladım.
– Bəlkə səhərə qədər çamadana qoyaq? – qəfildən
Polinaya sarı dönüb soruşdum. O, hələ də qımıldanmadan
elə həmin yerindəcə oturmuşdu. Lakin diqqətlə məni
izləyirdi. Üzünün ifadəsi nəsə qəribəydi: bu ifadə xoşuma
gəlmədi. Cəld ona yaxınlaşdım.
– Polina, bu da iyirmi beş min florin – əlli min frank,
hətta çox eləyir. Götürün, sabah bu pulları onun sifətinə
çırpın.
O mənə cavab vermədi.
– Əgər istəyirsinizsə, səhər tezdən mən özüm apararam.
Elə?
O, qəfildən güldü. Uzun-uzadı güldü. Mən təəccüblə və
kədərli duyğuyla ona baxırdım. Bu gülüş əvvəlki, tez-tez baş
verən, məni ələ salan, həmişə ən ehtiraslı etiraflarım zamanı
peyda olan istehzalı gülüşünə çox oxşayırdı. Nəhayət,
gülməyinə ara verib qaşqabağını salladı; altdan-altdan mənə
ciddi nəzərlərlə baxırdı.
Do'stlaringiz bilan baham: |