Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
232 içində hiss elədim, dərhal da başa düşdüm ki, indi uduzmaq məndən ötrü nə deməkdi! Bütün həyatımı qumara qoymuşdum! – Rouge! – nəzarətçi qışqırdı, – mən nəfəsimi çəkdim, odlu qarışqalar bədənimə daraşdı. Mənimlə bank biletləriylə hesablaşdılar; deyəsən, artıq cəmi dörd min florinim, səksən fridrixsdörüm var! (Mən onda hələ hesaba nəzarət eləmək iqtidarındaydım.) Sonra yadıma gəlir, yenə on iki orta rəqəmə iki min florin qoyub uduzdum; qızıl pulumu, səksən fridrixsdör qoydum, uduzdum. Dəli oldum: olan-qalan iki min florinimi qapdım, on iki birinci rəqəmə qoydum – elə belə, bədbəxt, əbəs yerə, hesabsız-filansız! Bununla belə, bəlkə də m-me Blanche Parisdə hava şarından yerə uçanda keçirdiyi təəssürata oxşayan təəssürat intizarında olduğum bir an varıydı. – Quatre! – nəzarətçi qışqırdı. Cəmi-cümlətanı əvvəlki qoyuluşla birlikdə yenə altı min florin alındı. Mən artıq özümü fateh kimi aparırdım, daha heç nədən qorxmurdum, dörd min florini qara rəqəmə atdım. Nəzarətçilər baxışdılar www.vivo-book.com 233 və öz aralarında danışdılar. Hər tərəfdə danışır, gözləyirdilər. Qara çıxdı. Daha burda nə hesabı bilirdim, nə də qoyuluşlarımın qaydasını. Yalnız yuxudakısayaq xatırlayıram ki, deyəsən, artıq on altı min florin udmuşam; qəfildən üç nəhs zərbə ilə o pulların on iki minini buraxdım; sonra axırıncı dörd mini “passe”yə (amma bu zaman artıq heç nə hiss eləmirdim; nəsə elə belə, fikirsiz-zadsız gözləyirdim) qoydum, yenə uddum. Yalnız onu xatırlayıram ki, min florinlərlə pul götürdüm; onu da yadıma salıram ki, hamısından çox mənim bağlandığım on iki orta rəqəm çıxırdı. Bu rəqəmlər qəribə tərzdə müntəzəm peyda olurdular – mütləq üç-dörd dəfə dalbadal çıxırdılar, sonra iki dəfə yox olurdular, sonra yenə üç, ya dörd dəfə dalbadal geri qayıdırdılar. Bu heyrətamiz müntəzəmlik bəzən zolaqlarla rast gəlir – bax, elə bu da əllərində karandaş hesablayan yazı-pozu oyunçularını çaşdırır. Bəzən də burada taleyin elə dəhşətli istehzaları baş verir ki! Məncə, gəlişimdən yarım saatdan artıq vaxt keçməmişdi. Qəfildən nəzarətçi məni xəbərdar elədi ki, otuz |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling