Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
226 bilirdim. O fikirləşirdi ki, mən axtarıram… mən təkid eləyəcəyəm… (Sözünü bitirməyib dayandı, dodağını dişlədi və susdu) mən qəsdən ona olan nifrətimi ikiqat artırırdım, – təzədən başladı, – gözləyirdim ki, görüm necə hərəkət eləyəcək? Əgər miras barədə teleqram gəlsəydi, bu axmağın (atalığımın) borcunu üstünə tullayıb, onu qovardım! Ona çoxdan, lap çoxdan nifrət eləyirdim. Ah, o, əvvəlki adam deyildi, indisə, indisə!.. Ah, indi bu əlli mini onun yaramaz sifətinə necə xoşbəxtliklə çırpardım və tüpürərdim… həm də tüpürcəyimi yayardım! – Amma kağız, onlara qaytarılmış əlli minlik girov kağızı...Axı bu kağız generaldadı? Alın, De-Qriyeyə verin. – Ah, yoxsa! Yoxsa!.. – Hə, doğrudu, doğrudu, yoxsa! Həm də indi general nəyə qabildi axı? Bəs nənə? – qəfildən qışqırdım. Polina qəribə tərzdə, dalğın və hövsələsiz halda mənə baxdı. – Nənə nəyə görə? – Polina incikliklə dilləndi, – mən onun yanına gedə bilmərəm… Bir də ki, heç kəsdən sədəqə ummaq istəmirəm, – əsəbi halda əlavə elədi. www.vivo-book.com 227 – Neyləsəyən, axı! – səsləndim. – Bir də bu De-Qriyeni necə, hə, necə sevə bilmisən? Ah, əclaf, əclaf! Hə, istəyirsiniz, onu dueldə ödürüm! O, indi hardadı? – Frankfurtdadı, üç gün orda qalacaq. – Bircə sözünüz bəsdi ki, elə sabah, birinci qatarla gedim! – mən qəribə axmaq coşqunluq içində dilləndim. O, rişxəndlə güldü. – Nolar, o, üstəlik deyər, zəhmət olmasa, əvvəlcə əlli min frankı qaytarın. Həm də nəyə görə dalaşsın, axı?.. Bu nə cəfəngiyatdı! – Yaxşı, bu əlli min dolları hardan, hardan alaq, – mən dişlərimi qıcırdada-qıcırdada təkrar elədim – elə bil, o pulları qəfildən yerdən götürmək mümkünüydü. – Qulaq asın? Mister Astley? – qəribə bir ideyanın başlanğıcıyla ona müraciət eləyib soruşdum. Onun gözləri parıldadı. – Nolar, bəyəm, sən özün istəyirsən ki, yanından bu ingilisin yanına gedim? – O, sirayətedici baxışlarla üzümə baxaraq, acı-acı gülümsəyib dilləndi. Həyatında birinci kərə mənə “sən” dedi. Deyəsən, bu dəqiqələrdə onun həyəcandan başı hərləndi, birdən elə bil, haldan düşüb divana oturdu. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling