Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet108/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   104   105   106   107   108   109   110   111   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
217 
– Bağışlayın, general, – qışqırdım, – mademoisselle 
Blanche bəlkə bu vaxtacan məni heç görməyib? Mən 
neyləyə bilərəm?
Amma etiraz eləmək də əbəs idi: o, nə dediyimi başa 
düşmürdü. Nənə haqqında da nəsə deyirdi, amma çox 
rabitəsiz şəkildə danışırdı. O, hələ də polis dalınca adam 
göndərmək fikri üstündə dururdu. 
– Bizdə, bizdə, – qəfildən hiddətlə qaynaya-qaynaya 
sözə başlayırdı, – bir sözlə, bizdə, abad dövlətdə, müdiriyyət 
olan yerdə, o dəqiqə belə qarıları himayəyə götürərdilər! 
Bəli, əlahəzrət, bəli, – birdən töhmətləndirici tərzə keçə-keçə 
yerindən atılır, otaqda gəzişə-gəzişə davam eləyirdi; – siz 
hələ bunu tanımırdınız, əlahəzrət, – o, küncdəki hansısa 
xəyali əlahəzrətə müraciət elədi, – beləliklə, tanıyacaqsınız 
da… bəli… bizdə belə qarıları muma döndərirlər, muma, 
muma, bəli… oh, lənət şeytana!
Sonra o, təzədən divanın üstünə atılırdı, bir dəqiqədən 
sonra az qala içini çəkə-çəkə, boğula-boğula, mənə 
danışmağa tələsirdi ki, axı m-lle Blanche ona teleqramın 
əvəzinə nənə gəldiyinə, indi artıq onun miras almayacağı 


www.vivo-book.com 
218 
aydın olduğuna görə ərə gəlmir. Ona elə gəlirdi ki, mən hələ 
bunu bilmirəm. De-Qriye haqqında danışmaq istəyirdim ki, 
əlini yellədi: “Çıxıb getdi! Mənim hər şeyim onda girov 
qoyulub; mən tamamilə lütəm! Sizin gətirdiyiniz həmin 
pullar… həmin pullar, – bilmirəm, orda nə qədərdi, deyəsən, 
yeddi yüz frank qalıb, bu da kifayətdi, vəssalam, sonrasa – 
bilmirəm, bilmirəm…” 
– Otellə haqq-hesabı necə çürüdəcəksiniz? – qorxu, 
içində qışqırdım, – həm də… bəs sonra? 
O, fikirli-fikirli baxırdı, amma deyəsən, heç nə başa 
düşə bilməmişdi və heç məni deyəsən eşitməmişdi. Mən 
Polina Aleksandrovna və uşaqlar barədə söz salmağa cəhd 
elədim; o, tələsik cavab verdi: “Hə! Hə! – amma dərhal da 
təzədən knyaz haqqında danışmağa başladı, dedi ki, indi 
Blanche onunla gedəcək və onda… və onda – mən 
neyləyim, Aleksey İvanoviç? – Qəfildən mənə müraciət 
eləyirdi – Allaha and içirəm! Mən neyləyim axı, – deyin, axı 
bu naşükürlükdü! Axı bu, naşükürlükdü ki?!” 
Axır ki, gözyaşını sel kimi axıtmağa başladı. 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   104   105   106   107   108   109   110   111   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling